Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ağac əkən adam

Jean Giono

Ağac əkən adam Gönderileri

Ağac əkən adam kitaplarını, Ağac əkən adam sözleri ve alıntılarını, Ağac əkən adam yazarlarını, Ağac əkən adam yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
54 syf.
6/10 puan verdi
·
3 saatte okudu
Xoş gəldin, əzizim. Əsərdə yazıçı çox gözəl məna ötürür, əslində. Ağac əkmək səbr etmək deməkdir. Ağac əkmək zəhmət çəkmək, pillə-pillə irəliləmək, zamanını gözləmək və azdan çoxa doğru getməkdir. Lakin hər halda yazıçıdan daha möhtəşəm bir nəticə gözləyirdim. Hələlik, gözəlim...
Ağac əkən adam
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20211,958 okunma
54 syf.
9/10 puan verdi
·
Beğendi
Bir ağac, min insana kölgə ola bilər!
Bir kitabın iz buraxması üçün səhfələrin deyil, sözlərin, cümlələrin, ordakı xarakterlərin önəmi vardır. "Ağac əkən adam" da çox az səhifəli, amma çox anlamlı kitabdır. İnsan bugün nə edirsə, gələcək nəsilə iz buraxır. Bugün bizə kiçik görünən addımlar, bir çoxunun həyatında unudulmaz təsir buraxır. Bu kitabı oxuyarkən, beynimdə daima bir cümlə fırlanırdı: Təmiz küçə istəyirsənsə, öncə öz qapının önünü süpürəcəksən.
Ağac əkən adam
Ağac əkən adam
Ağac əkən adam
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20211,958 okunma
Reklam
İnsan belədir, iyirmi yaşında olanda əlli yaşlı qocaların ölməkdən başqa bir işinin qalmadığını sanır.
54 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Yanvar ayında bitirdiyim 3cü kitab haqqında sizlərlə bölüşmək qərarına gəldim. Kitabı bitirmək üçün sizə yarım saat kifayətdir. Səhifə sayı həm az həm də çox axıcı hekayədir. Ümidli olmağın vacibliyi- Jean Giononun "Ağac əkən adam" hekayəsi Hekayə bir çobanın Alp dağının ətəklərində kimsəsiz bir yeri yenidən canlandırmağa çalışmasından bəhs edir. Giononun öz həyat kimi çobanın hekayəsi də dünya müharibələri və insanlıq tarixinin ən qanlı illərini əhatə edir. "Ağac əkən adam" bizə ətraf mühitimizdə ağac əkməyin, torpağa qayğının timsalında insanın gizli gücünü xatırladır. Sevgiylə həyata keçirilən hər iş içimizdə sonsuz ümid oyandırır. Giono "Ağac əkən adam"ı yazdığında ən dəyərli işini həyata keçirdiyinə inanırdı. İnsanlar divarların içində uzun müddət qalır, zamanını maşınlarda, ofislərdə və ya binalarda sərf edir və azad olmağı unudurlar. "Ağac əkən adam" həyatda ümidin ardınca qaçmaq gərəkdiyi zamanlar olduğunu xatırladır. Hekayə baş qəhrəmanın timsalında sakitcə keçmişdən və indiki zamandan yeni və daha yaxşı nəsillərin olduğu gələcəyə irəliləyir. Xoş mütaliələr hərkəsə
Ağac əkən adam
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20211,958 okunma
İnsanı dəyərli edən gözəl əməllərdir. Ən dəyərli əməl isə təmənnasızlıq hissi ilə edilən fədakarlıqdır.
“ Tanrı ömür versə, otuz il ərzində o qədər palıd əkəcəyəm ki, bu on min ağac onların yanında dənizdə damla kimi qalacaq. ”
İz nəşriyyatıKitabı okudu
Reklam
“ Bir insanın təkbaşına, məhdud imkanlarla qupquru çölü bərəkətli Kənan ölkəsinə çevirməyə qadir olduğunu düşünəndə heç nəyə baxmayaraq, gələcəyə ümidlərim artır. Alicənablığı, zəhməti və səbri ilə belə bir müqəddəs işə imza atan və mənə ümid verən o təhsilsiz, savadsız insana sonsuz dərin minnətdarlıq hissi duyuram. O, ömrünü və ruhunu quru çöllərdə göyərtdi.”
İz nəşriyyatıKitabı okudu
“ İnsanı dəyərli edən gözəl əməllərdir. Ən dəyərli əməl isə təmənnasızlıq hissi ilə edilən fədakarlıqdır. ”
İz nəşriyyatıKitabı okudu
Tənha keçən illər onun ruhuna səssizlik kimi hopmuşdu. Ömrünün sonuna doğru kəlmələrlə, demək olar ki, vidalaşmışdı. Bəlkə də, danışmağa ehtiyac duymurdu.
İnsan belədir, iyirmi yaşında olanda əlli yaşlı qocaların ölməkdən başqa bir işinin qalmadığını sanır
917 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.