Xalq mahnısının bu leymotivi üzərində qurulan, orijinal süjet xətli və çevik təhkiyəli "Aişə" romanı iki şərqli gəncin Moskvadakı tələbə həyatından və sevgisindən bəhs edir. Şərqli qızı Aişənin alma çiçəyi qədər zərif sevgisi faciəylə nəticələnir. Dualizmin xas olduğu roman oxucunu sona qədər öz təsirində saxlayır.
Melodrama ruhlu bu əsəri həyacansız oxumaq olmur. "Oyunların nə axırı olur, nə də əvvəli", - müəllif belə düşünür.