Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Teatral Roman

Akvarium

İlqar Fəhmi

Akvarium Sözleri ve Alıntıları

Akvarium sözleri ve alıntılarını, Akvarium kitap alıntılarını, Akvarium en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Fədakar insanlar olmasa, dünya tamam başqa cür olar.
Qəribə, qeyri-müəyyən obyekt həmişə başqalarıyçün maraqlı olur.
Reklam
–Mənə elə gəlir ki, insan öz ürəyinin bütün istəklərini sıxıb boğanda, özünü başqalarının həzz aldığı çox şeylərdən məhrum edəndə əvvəl axır əlsiz-ayaqsız balığa dönür. İndi heç kim balıq olmaq istəmir, hamı qanad açıb göylərdə uçmaq həvəsindədi, daha fikirləşmirlər ki, göyə çox qalxanda yeri gözdən itirib azmaq olar. Azadlığın axırı yoxdu, amma balıq nə qədər azad olsa da, bu azadlığın bir çərçivəsi, həddi var. Eh, indi balıq zəmanəsi deyil, indi quşların, quşbazların dövranıdır, vay balıqların halına...
Allah ona görə təkdir ki, heç bir başqa xaliq, yaxud məxluq öz yanında bu qədər saf, təmiz, işıqlı varlığın olmağına tab gətirməz, bezər, darıxar eyni şeydən... Əgər Allah evlənsəydi, iki aydan sonra onun arvadı Şeytana qoşulub qaçardı.
Amma... İnsanın xisləti belədir, hər şeyə bir əmma qoşur.
Reklam
...yaxşı ki, adamlar bir-birinə oxşayır, yoxsa bağrımız çatlardı
Gözlərindəki şeytanlar sənin içində mənə, yalnız mənə məxsus olan yeganə şey idi.
Qadın nə qədər gözəl olursa, siqaret tüstüsünə o qədər çox bənzəyir, tutmaq çətin olur.
Gözünü yumub qaçan adam çox vaxt düz yoldan çıxır.
Reklam
İndiki dövrdə fədakarlıq göstərmək gözlərini yumub rəqs eləmək kimi bir şeydir. Rəqsə o qədər aludə olur, sanki özün də hiss eləmədən ətrafdakı hər şeyi sındırıb dağıdırsan. Onunçün də ya gərək oynamayasan, ya da ki ətrafında heç kim olmaya.
Əsl müsəlman olmaq odur ki, insan nə bu dünyasına görə o dünyasını atsın, nə o dünyasına görə burdan əl çəksin.
Mənim Allahın varlığına heç vaxt şübhəm olmayıb. Mən həmişə onu başa düşməyə çalışmışam, amma başa düşə bilməmişəm.
–Deyirlər yuxuda ölən adamlar dünyanın ən xoşbəxt adamlarıdır. –Yuxuda ölməkdən böyük bədbəxtlik yoxdur. –Niyə? –Çünki adam son nəfəsdə tövbə eləməyə macal tapa bilmir.
16 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.