Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Alçaldılmış və Təhqir Edilmiş İnsanlar

Fyodor Dostoyevski

Alçaldılmış və Təhqir Edilmiş İnsanlar Gönderileri

Alçaldılmış və Təhqir Edilmiş İnsanlar kitaplarını, Alçaldılmış və Təhqir Edilmiş İnsanlar sözleri ve alıntılarını, Alçaldılmış və Təhqir Edilmiş İnsanlar yazarlarını, Alçaldılmış və Təhqir Edilmiş İnsanlar yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Knyaz dedi: Mən adamın yaxşı cəhətindən daha tez pis cəhətini görməyə meyl edirəm-- bu isə hissdən məhrum olan bir qəlbə xas olan bədbəxtlikdir.
Sayfa 114 - KnyazKitabı okuyor
Yadımdadır: ağlıma belə bir şey gəldi, bir sehrlə, ya möcüzə ilə son illərdə bütün olmuş şəyləri, keçirdiyim həyatı tamamilə unutsaydım nə yaxşı olardı! Hər şeyi unudaydım.....
Sayfa 61 - VanyaKitabı okuyor
Reklam
Qələmi stolun üstünə atıb, pəncərənin qabağında oturdum. Hava qaralırdı, məni daha artıq qəm-qüssə basırdı. Cürbəcür ağır fikirlər hər tərəfdən məni bürüyürdü.
Sayfa 61 - VanyaKitabı okuyor
Mən axı o barədə demədim... Ancaq vicdanlı ol. Vanya, vicdanlı ol --- əsas budur; vicdanla yaşa, ayrı-ayrı xəyallarla yaşama, lovğalanma.
Sayfa 38 - Nikolay Sergeiç İxmenyevKitabı okuyor
O deyirdi: "Elə ilk sözdən görünür ki, hələ məqsəddən çox uzaqsan; adicə bir hekayədir, amma adamın qəlbini alt-üst eləyir, adam ətrafında baş verən hadisələri başa düşür, yadında qalır, başa düşür ki, ən məzlum adam da insandır!
Sayfa 35 - Nikolay Sergeiç İxmenyevKitabı okuyor
II bölüm V fəsil
Bir adam ki, məndən qaçır, daha mən ona niyə yaxınlaşım?!
Sayfa 280 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
II bölüm II fəsil
Mən adamın yaxşı cəhətindən daha tez, pis cəhətini görməyə meyil edirəm, bu isə hissdən məhrum olan bir qəlbə xas olan bədbəxtlikdir.
Sayfa 235 - Qanun nəşriyyatıKitabı okuyor
I bölüm XV fəsil
Bizim gələcək xoşbəxtliyimizi yenidən çox-çox əzab çəkməklə əldə etmək lazımdır, onu yeni-yeni əzablarla satın almaq lazımdır. Hər şey əzabla təmizlənir...
Sayfa 186 - Qanun nəşriyyatıKitabı okuyor
I bölüm XIII fəsil
Bəzən ən xoş təbiətli, lakin zəif əsəbli adamlarda belə bir hal olur: onlar nə qədər xoş təbiətli olsalar da, öz kədər və hiddətlərinə qapılır, bundan hətta həzz alırlar. Onlar hər necə olsa, heç təqsiri olmayan, çox vaxt da ən yaxın adamlarına, lap onları incitməli də olsalar, ürəklərindəkini açıb söyləmək istəyirlər. Məsələn, qadınlarda elə bir hal olur ki, heç kəs onları incitməsə də, heç bir bədbəxtlik üz verməsə də, bəzən onlar incimək, bədbəxt olmaq ehtiyacını hiss edirlər. Bir çox kişilər var ki, bu cəhətdən ­qadınlara oxşayırlar, lakin onlar heç də zəif kişi deyillər, qadınlıq hissləri də onlarda çox azdır.
Sayfa 157 - Qanun nəşriyyatıKitabı okuyor
I bölüm XII fəsil
Elə zərif, incə hissli adamlar olur ki, bəzən onlar bir qədər inadcıllıq edir, yalnız başqaları içində deyil, təklikdə də, ən əziz tutduqları şəxslərə öz mehribanlıq duyğularını açıb göstərmək istəmir...Ancaq çox az hallarda bu mehribanlıq onlarda özünü büruzə verir, bunun qarşısı nə qədər çox saxlanırsa, o bir o qədər də qızğınlıq və coşqunluqla meydana çıxır.
Sayfa 132 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
IX fesil
Ama ben bu gün de ona karşı geliyorum, bu bana çok ağır geliyor. Hepsi de nedendir? O hiç bir şeye yaramayan geleneklerden! Delilikdir, başka bir şey değil!
Sayfa 110 - Qanun yayın eviKitabı okuyor
Mən səni ürəyimin qanı ilə sevirəm! Mən ürəyimi sinəmdən dartıb qoparardım, qanı axa axa sənin ayaqlarına döşəyərdim.
Sayfa 504Kitabı okudu
Deyirlər ki, toxun acdan xəbəri olmaz. Vanya mən də bunu əlavə edim ki, ac da acı hər vaxt başa düşməz.
Sayfa 433Kitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.