Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Povest

Altıncı

Günel Anarqızı

Altıncı Hakkında

Altıncı konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Nə biləydi Zaur ki, günlərin bir günündə Təhminəni görəcək... Onlar az qala sifət-sifətə toqquşacaqlar - Zaur və Təhminə... Təhminə Zauru görüb gülümsənəcək - həmin o ağ düyməli paltarında olacaq Təhminə, həmin o otuz il bundan qabaqkı paltarında və belə məlum olacaq ki, vaxtın Təhminəyə heç bir dəxli yoxdur - heç dəyişməyib Təhminənin nə sifəti, nə bədəni, nə yaşı... Otuz il əvvəlki təkin gülümsənəcək Zaura və Zaur da dili-do-dağı titrəyə-titrəyə Təhminənin adını çəkəcək, amma adını çəkən kimi Təhminə çevriləcək, küçədəki adamlara qarışıb itəcəkdir. Bir az sonra Zaur onu metronun qabağında görəcək, dalıyca qaçacaqdır və yenidən görəcəkdir Təhminənin qırmızı paltarını metro vaqonunun içində... Qapıları bağlanmış, hərəkətə gəlmiş qatarın pəncərəsindən Təhminə ona əl eləyəcək, gülümsünəcək və Zaur o biri qatara minib dalınca gedəcəkdi. Daha Təhminəyə çatacağına ümidi olmayacaq, amma gələn dayanacaqlarda metrodan düşəcək. Bütün perronu ələk-vələk edəcək, eskalatorla yer üzünə çıxıcaq, küçədə ora-bura döyükəcək və nəhayət, bir daha görəcəkdi onu - yeni tikilmiş binaya girən vaxt görəcək... Dalıyca ora qaçacaq və görəcək ki, elə bu dəm Təhminə liftin içinə girdi. Zaur liftin qapısına tərəf atılacaq, amma qapılar bu vaxt bağlanacaq, Zaur divardakı işıq tablosuna baxacaq - tabloda liftin hərəkəti görünəcək - mərtəbələrin rəqəmləri bir-birini təqib edəcək - 2,3,4,5,6. Lift altıncı mərtəbəyə çatıb dayanacaqdır. Zaur düyməni basacaq və lift yenidən birinci mərtəbəyə qayıdacaq, tabut kimi ağır və əzəmətlə gələcək Zaurun qabağına; qapılar açılacaq, Zaur liftin içinə girəcək, altıncı mərtəbənin düyməsini basmaq istəyəcək və bu zaman məlum olacaq ki, altıncı mərtəbənin düyməsi yoxdur, çünki heç altıncı mərtəbənin özü də yoxdur, ev beş mərtəbəlidir. Çöldəki işıq tablosunda da yox imiş altıncı mərtəbə, Zaurun gözünə görünübmüş bu rəqəm. Zaur and içə bilərdi ki, lift məhz altıncı mərtəbəyə qalxmışdı. Hər halda beşinci mərtəbəyə qalxa-caqdı Zaur, növbətçini sorğu-suala tutacaqdı, növbətçi də deyəcəkdi ki, heç bir qırmızı paltarlı qadın görüb eləməyib. Zaur bütün mərtəbəni gəzəcək, axtaracaq, sonra isə yanğın nərdivanıyla dama qalxacaqdı. Damda isə gözəl may gecəsindən, ulduzla dolu səmadan, eşqbazlıq edən pişiklərdən başqa heç nə və heç kim yox idi; təzəcə basılmış qırın iyi gəlirdi, vəssalam...
Tahmini Okuma Süresi: 2 sa. 18 dk.Sayfa Sayısı: 81Basım Tarihi: 2010Yayınevi: Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri
Ülke: AzerbaijanDil: AzericeFormat: E-kitap
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 96.6
Erkek% 3.4
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Günel Anarqızı
Günel AnarqızıYazar · 1 kitap
Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür. 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur.