Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Altıncı Yuxu

Bernard Werber

Altıncı Yuxu Sözleri ve Alıntıları

Altıncı Yuxu sözleri ve alıntılarını, Altıncı Yuxu kitap alıntılarını, Altıncı Yuxu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
-"Gerçəkliyin bolluğundan ölmək olar, fəqət yuxunun bolluğundan heç vaxt!"- senoilərdən biri atalar sözü ilə ona cavab verdi. -Reallıq olmasaydı, yuxular da olmazdı. Siz röyalarınızda nə görürsünüz? Quşları? Ağacları? Çiçəkləri? Ailənizi? Dostlarınızı? Düşmənlərinizi? Mənim bildiyimə görə bütün bunlar reallığa aiddir. -Buna əminsiniz?-Belə söz döyüşlərində güman ki, çoxdan püxtələşmiş bir kişi soruşdu.-Bəlkə hər şeyi yuxuda görür və ancaq yatandan sonra əsl reallığa düşürük?
Sayfa 259Kitabı okudu
Yalnız yuxuda azad oluruq. Yalnız yuxuda hər şey mümkündür!
Reklam
”[…]qorxu bizim əl-ayağımızı bağlayır: ölmək qorxusu, başqasının fikrinin qorxusu, itirmək qorxusu.”
Sayfa 403 - Teass pressKitabı okudu
”Məncə, tərəqqiyə sıçrayışların əsl səbəbi aşkara çıxır, - Jak dedi. - Bəşəriyyətin tarixinə nəzər salsaq, belə təəssürat yaranacaq ki, əvvəlcə inkişaf çox ləng gedirdi, sonra isə birdən-birə kəllə-çarxa vurdu. Kiminsə ağlında təzə ideya doğdu. O bu barədə danışır. Düşüncələrini yazıya köçürür. Başqaları oxuyur, onu işləməyə başlayır və daha da inkişaf etdirirlər. Məsələn, Jül Vern Aya səyahətdən yazır və üstündən 100 il keçəndən sonra Aya insan ayağı dəyir.”
Sayfa 367 - Teass pressKitabı okudu
”Ədalətsizliklərə və xəyanətlərə qatlanmaq - onlar da məni maarifləndiriblər. Bundan sonra qisas almağa da ehtiyac qalmır, çünki nailiyyətlərim mənim ən yaxşı qisasım olacaq.”
Sayfa 388 - Teass pressKitabı okudu
Yalnız yuxuda azad oluruq. Yalnız yuxuda hər şey mümkündür.
Reklam
... yuxu elə bir sahədir ki, burada hamımız bərabərik.
Sayfa 11
Ömrümüzün 1/3-ni yatmaqla keçiririk! Onun 1/12 hissəsini isə yuxu görürük. Lakin insanların əksəriyyəti buna əhəmiyyət vermir. Yatmağa sərf edilən vaxtın yalnız orqanizmin bərpası üçün lazım olduğunu düşünürlər.Ayılan kimi, bir qayda olaraq, yuxunu unudurlar. Lakin məncə, hər gecə yata- ğımızın nəm ilıqlığında baş verənlər sirr olaraq qalır.
1869-cu ildə kimyaçı Dmitri Mendeleyev qonşu otaqda klassik musiqi səsləndiyi bir vaxtda yuxuya getdi. Yuxuda kimyəvi elementlərin musiqi mövzusu kimi lazımi qaydada düzüldüyünü gördü. Yuxudan ayılandan sonra bütün kimyəvi elementləri təsnif etməyə və sıralamağa imkan verən dövri sistem cədvəlini tərtib etdi
"Ömrümüzün 1/3 hissəsini yuxuda keçiririk..." "Bu o deməkdir ki, 90 il yaşayacaq bir adam ömrünün 30 ilini yataraq keçirəcək. Unudulmuş, itirilmiş , faydasız, lazımsız hesab olunan 30 i.30...Mən heç özüm belə 30-u haqlamamışam. Ömrümüzün 1/12 hissəsini isə yuxu görürük...Yəni təxminən 7 ilini".
140 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.