Anam Üçün

İlqar Kamil

En Eski Anam Üçün Sözleri ve Alıntıları

En Eski Anam Üçün sözleri ve alıntılarını, en eski Anam Üçün kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İşıqlı otaq
Axşam-axşam azan çəkən müəzzinin sözündə də sən varsan, xətamda da sən varsan, düzümdə də sən varsan; anamın kövrək-kövrək baş qoyduğum dizində də sən varsan, Sən! Varsan! Sənə doğru uzaqlaşıram özümdən...
Sayfa 7 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Hicrət
Onlar yaralarını da, balalarını da, yuvalarını da dimdiklərinə alıb köçdülər buralardan; heç mən bildim, heç sən bildin, heç biz bildik ki, onlar niyə "keçdilər" buralardan?!
Sayfa 14 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
ŞÜBHƏ
İnsan sadəcə inanmaq istəyir bəzən, başını anasının dizinə yaslayıb, məsələn, xəfifcə gözünü yummaq və inanmaq - başqa heç nə! Pambıq tıxayar qulaqlarına, eşitmək istəmir qurdlu şübhələri, yox, lazım deyil, canına qorxu dolmasın; inanmaq istəyir bildiklərinin doğruluğuna, gecə-gündüz yalvarır: nə olar, ya Rəbb, heç nə yalan olmasın!
Sayfa 19 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
ŞÜBHƏ
Axx, Şübhə! Sən nələrə qadirmişsən! Ağır sınaqların laxlada bilmədiyi imanı, mayası cəmi bir neçə qurdlu söz olan Şübhə darmadağın etmişdi.
Sayfa 20 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Çəkicin zərbələrinə dözəcək qədər bərkiməmisənsə, çarə onun zərbələrindən yayınmaqdır.
Sayfa 28 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
MÜƏMMA
Çox şeydi vardı danışılacaq, birini desəm, digəri yarımçıq qalacaqdı, onunçün susdum. Və sən duydunmu susduqlarımı?! (Oğuz Atay)
Sayfa 31 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
Allah kimi dost
Koqnitiv psixologiyada bəhs olunur ki, insan baş verə biləcək ən pis nəticəni qabaqcadan dəqiq və ətraflı - audial və vizual olaraq - təsəvvür etməklə konkretləşdirər, dəqiqləşdirərsə, təşviş və narahatlıqdan qurtula bilər.
Sayfa 40 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Bizim ölümdən qorxmağımızın ən ümdə səbəblərindən biri, ölüm haqqında düşünməkdən qorxmağımızdır. (Paulo Koelyo: "Zahir")
Sayfa 40 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Bir heçin hekayəti
Bəzi dərdlərin çarəsi dərmanda deyil, başqa bir dərddədir. Odur ki, bəzən dərdi dərmanla deyil, başqa bir dərdlə müalicə edirəm. Və görürsən ki, iki dərd birləşib elə bir möhtəşəm dərman yaradır ki, təkcə öz yaralarına deyil, onlarla təmasda olan hər kəsin yarasına məlhəm olur.
Sayfa 45 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Nəstərən
Kitab bir pəncərədir, daha dəqiq desək, gözdür, lap dəqiq desək, həyatı bir də başqasının gözü ilə görməkdir.
Sayfa 59 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.