Anam Üçün

İlqar Kamil

Sayfa Sayısına Göre Anam Üçün Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Anam Üçün sözleri ve alıntılarını, sayfa sayısına göre Anam Üçün kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İşıqlı otaq
Axşam-axşam azan çəkən müəzzinin sözündə də sən varsan, xətamda da sən varsan, düzümdə də sən varsan; anamın kövrək-kövrək baş qoyduğum dizində də sən varsan, Sən! Varsan! Sənə doğru uzaqlaşıram özümdən...
Sayfa 7 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Hicrət
Onlar yaralarını da, balalarını da, yuvalarını da dimdiklərinə alıb köçdülər buralardan; heç mən bildim, heç sən bildin, heç biz bildik ki, onlar niyə "keçdilər" buralardan?!
Sayfa 14 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
ŞÜBHƏ
İnsan sadəcə inanmaq istəyir bəzən, başını anasının dizinə yaslayıb, məsələn, xəfifcə gözünü yummaq və inanmaq - başqa heç nə! Pambıq tıxayar qulaqlarına, eşitmək istəmir qurdlu şübhələri, yox, lazım deyil, canına qorxu dolmasın; inanmaq istəyir bildiklərinin doğruluğuna, gecə-gündüz yalvarır: nə olar, ya Rəbb, heç nə yalan olmasın!
Sayfa 19 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
ŞÜBHƏ
Axx, Şübhə! Sən nələrə qadirmişsən! Ağır sınaqların laxlada bilmədiyi imanı, mayası cəmi bir neçə qurdlu söz olan Şübhə darmadağın etmişdi.
Sayfa 20 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Çəkicin zərbələrinə dözəcək qədər bərkiməmisənsə, çarə onun zərbələrindən yayınmaqdır.
Sayfa 28 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
MÜƏMMA
Çox şeydi vardı danışılacaq, birini desəm, digəri yarımçıq qalacaqdı, onunçün susdum. Və sən duydunmu susduqlarımı?! (Oğuz Atay)
Sayfa 31 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
52 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.