Anam və Həyatın Mənası

Irvin D. Yalom

Anam və Həyatın Mənası Sözleri ve Alıntıları

Anam və Həyatın Mənası sözleri ve alıntılarını, Anam və Həyatın Mənası kitap alıntılarını, Anam və Həyatın Mənası en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Axı həkimlərə nə olub? Nəyə görə onlar sadəcə adamın yanında olmağın əhəmiyyətini başa düşmürlər? - o məndən soruşdu. - Niyə dərk edə bilmirlər ki, məhz heç bir şey təklif edə bilmədikləri an xəstənin onlara ən çox ehtiyac duyduğu məqamdır.
Sayfa 36 - MONO - Parlaq İmzalarKitabı okudu
- Sənin ən yaxşı bacardığın şey isǝ budur ki, - deyə İren sözünə davam etdi. O, sürətlə və axıcı dillə danışır, sadəcə kapuçinosundan bir qurtum almaq üçün dayanırdı, - insanın yanında qalmaq gücünə sahibsən. Sən məndən əl çəkmədin. Nəinki yanımda qaldın, həm də məni daha da irəliyə getməyə, nə qədər qorxunc olsa da, hər şey barədə danışmağa sövq etdin. Bunu etməsəydin də, tamamilə əminəm ki, mənim öz hisslərimi sənə danışacağımı, onsuz da, başa düşəcəkdin. Üstəlik, sənin hərəkətlərin çox əhəmiyyətli idi, çünki buna təkcə sözlərlə nail olmaq mümkün deyildi.
Sayfa 223 - MONO - Parlaq İmzalarKitabı okudu
Reklam
Başqalarının ölümü bizi öz ölümümüzlə üz-üzə qoyur. Bu, yaxşı şeydirmi? Bu cür üzləşmə kədər psixoterapiyasında təqdir olunmalıdırmı? Belə bir sual yaranır: Qaşınmayan yeri niyə qaşıyasan? Onsuz da, yaşadığı itkidən əziyyət çəkən dul adamlarda ölüm təşvişini alovlandırmaq nəyə lazımdır? Belə bir cavab ortaya çıxır: Çünki insanın öz ölümü ilə üzləşməsi müsbət şəxsi dəyişikliklərin baş verməsinə yol aça bilər.
Sayfa 206 - MONO - Parlaq İmzalarKitabı okudu
...öz anama heç vaxt demədiklərim barədə düşündüm. Mən ona, demək olar, heç bir şey deməmişdim! Bir-birimizi sevməyimizə baxmayaraq, anamla mən heç vaxt açıq şəkildə, ürəkdən, iki adamın bir-birinə qovuşduğu səmimiyyətlə danışmamışdıq. Biz həmişə bir-birimizi yola vermişdik, fikrimizi bir-birimizə çatdırmağa çalışmamışdıq, çünki bir-birimizdən qorxurduq, birimiz digərini idarə edir və aldadırdı.
Sayfa 83 - MONO - Parlaq İmzalarKitabı okudu
Bizim əfsanə kimi gördüyümüz insanların özləri əfsanəyə qapılmış olanlardır.
Sayfa 131 - Parlaq İmzalarKitabı okudu
Həkimlərin də analara ehtiyacı var, eynilə anaların da öz analarına ehtiyacı olduğu kimi.
Sayfa 130 - Parlaq İmzalarKitabı okudu
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.