Müəllifin qələmindən oxuduğum ilk incələmə kitabı "Anarxizm" oldu.Ümit hocanın qələmi həqiqətən axıcı,yormayan və başa düşüləndir.İncələmə , araşdırma kitablarının oxunaqlı olması bu anlamda həqiqətən önəmli məsələdir ki,müəllif bu mövzuda işini haqqı ilə görüb.
Fikrimcə Anarxizmə giriş mahiyyətində oxumağa dəyər kitabdır.
Müəllif ilk növbədə anarxizmin nə olduğunu izah edir ikinci növbədə onun din və də İslamla düşünülənin əksinə zidd məhvumlar olmadığını,əksinə bir çox bənzər yanlarının olduğunu (din sinifinin olmaması,təbəqələşməyə qarşı çıxış,idarəedənin vəzifələrinin məhdud olması və güc zəhərlənməsi yaşamasına imkan verməməsi,mülkiyyətdən sui istifadə edilməməsi,insan azadlığına verilən dəyər) göstərir.
Anarxizmin nə olduğunu,niyə İslamla ziddiyyət təşkil etmədiyini göstərdikdən sonra isə William Godwin,Stirner , Joseph Prudhon,Lev Tolstoy ,Bakunin və Kropotkinin anarxizmə bildirdikləri rəyi göstərir.
Məsələn Godwinin anarxizmində mülkiyyət qarşıtlığı və cəmiyyət təməlli olması öz əksini tapır , Stirner daha çox fərdiyyətçiliyi müdafiə edir.Prudhon mülkiyyəti oğurluq olaraq adlandırmasıının yanında liberalizmi güclülərin gücsüzləri istismar etməsi,kommunizmi isə gücsüzlərin güclüləri istismae etməsi olaraq adlandırır və mülkiyyətə hər anlamda qarşı çıxaraq müəyyən ölçüdə sahibliyi müdafiə edir,nəzarəti isə cəmiyyətin özünə buraxır.
Onun anarxist anlayışında ailə müqəddəsdir,toxunulmazdır,davamiyyəti mütləqdir.
Tolstoy daha çox dini anarxizmi müdafiə edərkən pasifistcə insanın daxilən özü özünü fəth etməsini əsas alır,Bakunin isə Neçayev kimi bəlkə ondan daha az hər növ dağıdıcı fəaliyyəti həm də qurucu fəaliyyət olaraq görür.Kropotkin isə orta yolda dayanır və mülkiyyətin ortadan qaldırılıb kooperatiflərdə birləşməyi , narazılıqların isə seçilən jurilər