Anna Karenina

Lev Tolstoy

Öne Çıkan Anna Karenina Gönderileri

Öne Çıkan Anna Karenina kitaplarını, öne çıkan Anna Karenina sözleri ve alıntılarını, öne çıkan Anna Karenina yazarlarını, öne çıkan Anna Karenina yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Sevib evlənsən, həmişə xoşbəxt olacaqsan, çünki xoşbəxtlik hər bir insanın öz ürəyindədir".
Sayfa 432Kitabı okudu
Hər bir adam onu əhatə edən şəraitin bütün mürəkkəbliyini ən xırda təfərrüatına qədər bildiyinə görə qeyri-ixtiyari olaraq elə güman edir ki, bu şəraitin mürəkkəbliyi və onu aydınlaşdırmaq məsələsindəki çətinlik yalnız ona məxsus şəxsi, təsadüfi xüsusiyyətdir və heç cür düşünmür ki, başqaları da eynilə onun kimi öz şəxsi şəraitinin mürəkkəbliyi ilə əhatə olunmuşdur.
Sayfa 327Kitabı okudu
Reklam
" — Mübahisə etməyə bu qədər həvəs haradandır? Axı heç vaxt biri digərini inandıra bilməz. — Doğrudur, çox vaxt elə yalnız ona görə qızğınlıqla mübahisə edirsən ki, rəqibinin məhz nəyi sübut etmək istədiyini anlaya bilmirsən".
Biz hazır olub-olmadığımız haqqında düşünməməliyik: Allahın neməti insan təxəyyülündən asılı deyil; nemət bəzən onu əldə etməyə çalışanlara nəsib olmur, amma bir də görürsən ki, Savl kimi bu nemətin dalınca qaçmayanlara qismət olur.
Sayfa 772Kitabı okudu
..axı bizim dünyamız - kiçik bir planetdə əmələ gəlmiş kifdən başqa bir şey deyil. Bizsə elə zənn edirik ki, bizim nəsə böyük fikirlərimiz və böyük işlərimiz ola bilər! Bütün bunlar qum dənələri kimi xırda şeylərdir.
Sayfa 405Kitabı okudu
Nədə olursa-olsun, riyakarlıq etməklə ən ağıllı və ən fərasətli adamı da aldatmaq mümkündür; lakin ən məhdud anlaqlı uşaq belə bu riyakarlıq nə qədər məharətlə gizlədilsə də, onu dərk edir və ondan iyrənir.
Sayfa 288Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.