Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Atalar və Oğullar

Ivan Turgenyev

Atalar və Oğullar Sözleri ve Alıntıları

Atalar və Oğullar sözleri ve alıntılarını, Atalar və Oğullar kitap alıntılarını, Atalar və Oğullar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hər bir adam öz-özünü tərbiyə etməlidir, məsələn, bax, elə mənim kimi... Dövrə, zamana gəlincə isə, axı mən niyə ona tabe oluram? Qoy dövr mənə tabe olsun, bu, daha yaxşıdır...
Sayfa 40 - Qanun NəşriyyatıKitabı okudu
Bu son sənə yaraşdımı, Bazarov?!
Doğrudanmı onların duaları, onların göz yaşlanı səmərəsizdir? Doğrudanmı məhəbbət, müqəddəs, səmimi məhəbbət qadir deyildir? Yox, yox! Qəbirdə yatan qəlb nə qədər coşqun, günahkar, üsyankar olursa-olsun, üstündə bitən çiçəklər məsum gözləri ilə bizə sanki sakit-sakit baxır. Onlar bizə yalnız əbədi sükunətdən, laqeyd təbiətin o böyük sükunətindən danışmır, həm də əbədi ülfət və sonsuz həyatdan danışır.
Reklam
Bilirsənmi, turpu ləkdən dartıb çıxaran kimi, bəzən adamın öz kəkilindən yapışıb, özünü kökündən çıxarıb atması faydalı olur. Bu günlərdə mən belə bir şey etmişəm... Ancaq ayrıldığım mühiti, içində bitmiş olduğum ləki bir də görmək istədim.
Zaman gah quş kimi uçur, gah soxulcan kimi sürünüb keçir, ancaq insan üçün o zaman xoş keçir ki, vaxtın sürətlə və ağır-ağır keçdiyini hiss etməsin.
Siz mənim əqidəmi pisləyir və mənə xalq adından hücum edirsiniz, sizə kim deyib ki, bu əqidə məndə təsadüfən əmələ gəlib və xalq ruhundan doğmayıbdır?
Bu fikir sizcə də bütün dövrlər üçün doğru deyilmi?
-Təbiət də boş sözdürmü? -Sənin anladığın mənadakı təbiət də boş şeydir. Təbiət ibadətgah deyil, emalatxanadır, insan da onun içində işçidir.
Reklam
Rusun yaxşılığı elə ondadır ki, o özü barəsində ən pis fikirdədir.
Bu hissə sevginin, hörmətin və qayğının ən gözəl izahıdır...
-Vasya, nə çarə, oğul qanadlı quş kimi bir şeydir: istəsə uçub gələr, istəsə uçub gedər. Səninlə mən isə ağac oyuğundakı göbələk kimiyik, yan-yana oturub yerimizdən tərpənmirik. Bircə mən sənə ömürlük sadiq qalacağam, bir də sən mənə.
Qohumluq təssübü haqqında
Mən müşahidə etmişəm bu hiss insanlarda çox möhkəm olur. İnsan hər şeydən imtina edə bilir, hər cür mövhumatdan əl çəkir, amma özgələrinin dəsmalını oğurlayan qardaşının oğru olduğunu etiraf etməyi bacarmır.
Sayfa 153 - Qanun nəşriyyatıKitabı okudu
İnsan qəribə məxluqdur. Bizim "atalar"ın burada keçirdikləri lal-kar həyata kənərdan və uzaqdan baxanda , adama elə gəlir ki, daha yaxşı nə ola bilər. Amma yox, adamı qüssə basır. Adamlara qoşulmaq istəyirsən, onları pisləməli olsan da, yenə onlara qoşulmaq istəyirsən.
Sayfa 150Kitabı okudu
Reklam
Qəbirdə yatan qəlb nə qədər coşqun, günahkar, üsyankar olursa-olsun, üstündə bitən çiçəklər məsum gözləri ilə sanki sakit-sakir baxır. Onlar yalnız əbədi sükunətdən, "laqeyd" təbiətin o böyük sükunətindən danışmır, həm də əbədi ülfət və sonsuz həyatdan danışır.
Sayfa 239 - Qanun nəşriyyatKitabı okudu
Qəribə işdir, adamlar sözün qüvvəsinə hələ də inanır. Məsələn, adama "axmaq"deyib döyməsələr də, kədərlənir, "ağıllı" deyib pul verməsələr də, bundan ləzzət alır
Sayfa 227 - Qanun nəşriyyatKitabı okudu
Ümumiyyətlə, insanlar üçün heyfsilənməyə dəyməz, mənim üçün isə heç dəyməz.
- Təbiət də boş sözdürmü? -Sənin anladığın mənadakı təbiət də boş şeydir. Təbiət ibadətgah deyil, emalatxanadır, insan da onun içində işçidir.
Zaman gah quş kimi uçur, gah soxulcan kimi sürünüb keçir, ancaq insan üçün o zaman xoş keçir ki, vaxtın sürətlə və ağır-ağır keçdiyini hiss etməsin.
1.500 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.