Kitaba ispan yazıçılarının əsərlərindən ibarət povest və hekayələr daxil edilib.
“Ay işığı” kitabında toplanmış povest və hekayələrdən aydın olur ki, tərcüməçi insan psixologiyasının dərinliklərinə varmağa çalışıb. Xüsusilə, fəlsəfi təfəkkürü qabarıq olan yazıçıların əsərlərinə üstünlük verib.
“Ay işığı” kitabında Xavier Serkasın “Təhrik” povesti, Qustavo Adolfo Bekkerin “Ay işığı”, İ.Ayendenin “Ümidsiz sevgi məktubları”, V.B.İbanyesin “Məhkum olunmuş qadın”, “Mavrin qisası”, “Dənizdə”, X.Rulfonun “Alovlu gecə” hekayələri yer alıb. “Təhrik” povestində təxminən belə bir fikir ifadə olunur ki, insan öz həyatını təzədən yaşaya bilməz. O, yaşadığı həyatdakı səhvləri ilə bütövdür. Ancaq hər halda yaşanmış həyatdan çıxarılan nəticələr insanın gələcəyə ötürdüyü ibrət elementləridir.