Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aydınlanma Səyahəti

Ceylan Mumoğlu
9/10
6 Kişi
9
Okunma
8
Beğeni
799
Görüntülenme
FB-da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər” qrupunun növbəti kitab layihəsi janrına görə öncəkilərdən fərqlənir. Bu haqda mətbuata eyni adlı hərəkatın həmtəsisçisi Fariz Bayramov xəbər verib: “Bu yaxınlarda oxucu dairəsinə təqdim olunacaq bu kitabın müəllifi Azərbaycanın ilk qadın portalı
Qadin.Net
saytının həmtəsisçisi və baş redaktoru Ceylan Mumoğludur. Layihə Kitabsevərlər Hərəkatı ilə
Qadin.Net
saytının müştərək işi kimi ərsəyə gəlib.” “ “Aydınlanma səyahəti” insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub”- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib. Tezliklə kitabın təqdimat mərasimi də gerçəkləşəcək. Bu haqda ictimaiyyət məlumatlandırılacaq. Qeyd edək ki, Kitabsevərlər Hərəkatı bundan öncə də müxtəlif səpkili 11 kitab nəşr etdirib. Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın “Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin “Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” kitabı da var.
Yazar:
Ceylan Mumoğlu
Ceylan Mumoğlu
Tahmini Okuma Süresi: 7 sa. 8 dk.Sayfa Sayısı: 252Basım Tarihi: 2021Yayınevi: Elm və Təhsil Nəşriyyatı
ISBN: 9038577438576Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.