Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azərbaycan Mübarizə Yolunda

Mehmet Emin Resulzade

Sözler ve Alıntılar

Tümünü Gör
Bolşeviklərə qarşı üsyan zamanı bir çox qəhrəmanlıqlar göstərilmiş,dramatik səhnələr yaşanmışdı.Məktəb müəlliməsi olan Vəsilə xanım Zaqatala üsyanına rəhbərlik edən həyat yoldaşına ruhlandırıcı məktub yazdığına görə güllələnmişdi. Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhrəman qadın güllələnmədən öncə sinəsini geniş açaraq:"Yaşasın Azərbaycan!"-deyə bağırmışdı.
XIX əsrin əvvəlində Azərbaycan ədəbiyyatında yeni realizm məktəbi yarandı. Bu məktəbin banisi Mirzə Fətəli Axundzadə idi. Müsəlman şərqinin ilk dramaturqu olan bu yenilikçi şəxs islahatlar dövrünün qaranlıq dövrünə işıq saçan bir günəş idi.
Reklam
Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
Əhali arasında çox məşhur olan "Molla Nəsrəddin" satirik jurnalı orta əsrlərdən qalmış mənfi adətləri ustalıqla gülüş hədəfinə çevirirdi.
Məktəb müəlliməsi olan Vəsilə xanım Zaqatala üsyanına rəhbərlik edən həyat yoldaşına ruhlandırıcı məktub yazdığı üçün güllələnmişdi. Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhrəman qadın güllələnmədən öncə sinəsini geniş açaraq: "Yaşasın Azərbaycan!" - deyə bağırmışdı.
Gəncənin müdafiəsi zamanı yaşananlar Qafqazın müstəqillik uğrunda mübarizəsinin ən parlaq nümunəsidir. Bu günümüzdə belə millət Cavad xana həsr olunmuş qəhrəmanlıq nəğmələri söyləyir.
Sayfa 35 - Çapar NəşriyyatKitabı okudu
Reklam
Bolşeviklərin xalqa qarşı törətdiyi vəhşilik yüz il əvvəl Çar Rusiyasının məşhur Cavad xanın dövründə Gəncədə törətdiyi qətliamı kölgədə qoyurdu.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.