Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sözler ve Alıntılar

Tümünü Gör
Öz-özünü mühakimə et. Bu ən çətin məsələdir. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat ağırdır. Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.
Kəpənəklərlə tanış olmaq istəyirsənsə iki-üç tırtıla dözməlisən.
Reklam
Özün-özünü mühakimə elə. Bu ,ən çətin məsələdir.Özünü mühakimə başqalarını mühakimə eləməkdən qat-qat ağırdır.Əgər sən özünü düzgün mühakimə eləməyi bacarırsansa,deməli ,gerçəkdən müdrik adamsan.
Özündənrazı insanlar başqalarının ona heyran olduğunu sanar.
Yaşlılar rəqəmi çox sevirlər. Onlara mənim təzə bir dostum barəsində danışanda heç vaxt əsas məsələ haqqında bir şey soruşmazlar. Heç vaxt deməzlər: "Onun səsi necədir? O hansı oyunları xoşlayır? O, kəpənək tuturmu?" Soruşarlar: "Neçə yaşı var? Çəkisi nə qədərdir? Atası nə qədər qazanır?" Bundan sonra elə bilərlər ki, adamı tanıyırlar.
-Mən bir planet tanıyıram, orada qırmızısifət bir cənab var. O ömründə gül iyləməyib, heç zaman heç bir ulduza baxmayıb, heç vaxt kimsəni sevməyib, rəqəmləri cəmləməkdən başqa heç bir məşğuliyyəti olmayıb. Və bütün günü sənin kimi hey təkrar edir: "Mən ciddi adamam! Mən ciddi adamam!" Bununla da fəxr edir, təkəbbüründən şişib dağılır. Amma bu adam deyil. Göbələkdir!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.