Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qırışlarda Gizlənən Sirr

Beyin

Qalib Əsədov

Beyin Sözleri ve Alıntıları

Beyin sözleri ve alıntılarını, Beyin kitap alıntılarını, Beyin en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Aktual mövzu:)
Orta hissədə yuxunu işə salan mərkəz yerləşir. Burada yerləşən qırmızı nüvə beyincikliklə bərabər hərəkətlərin koordinasiyasında iştirak edir. Qara maddə isə bazal qanqlionlarla birgə bizim ümumi hərəkət aktivliyimizi müəyyən edir. QARA MADDƏSİ ANADANGƏLMƏ AKTİV OLAN İNSANLAR HƏRƏKƏT ETMƏKDƏN ZÖVQ ALIRLAR. TOYDA OYNAMAĞI, İDMANI, AKTİV İSTİRAHƏTİ, GƏZMƏYİ, ÜMÜMİYYƏTLƏ, ISTƏNİLƏN HƏRƏKƏTİ SEVİRLƏR. GENETİK OLARAQ BU NAHİYƏSİ AKTİV OLMAYAN İNSANLARI BİZ, ADƏTƏN, "TƏNBƏL" ADLANDIRIRIQ( ONLAR İSƏ SÜBUT ETMƏYƏ ÇALIŞIRLAR Kİ, TƏNBƏL YOX, SADƏCƏ, PROKRASTİNATORDURLAR)
Çox maraqlıdı
Assosiativ təpə payındakı neyronlar, əsasən dofamin mediatorundan ıstifadə edir. Dofamin haqqında əvvəlki bölümlərdə sizə ətraflı məlumat vermişəm və bilirsiniz ki, bu mediatorun çoxalması şizofreniya adlanan xəstəliyin yaranmasına səbəb olur. Şizofreniya zamanı düşüncə xətalarının baş verməsi, təfəkkürün pozulması, xəstənin qeyri-adekvat reaksiyaları məhz buradakı dofamin sinapslarının aktivliyinin çoxalması ilə əlaqədardır. Hətta sensor siqnal olmadıqda belə bu neyronların aktivləşməsi nəticəsində xəstəyə elə gəlir ki, müəyyən obyektlər mövcuddur, onları hiss edir, eşidir, yaxud görür və beləliklə də hallüsinasiyalar yaranır
Sayfa 605Kitabı okudu
Reklam
Maraqlı qorxu növləri:)
Filofobiya- Sevməkdən qorxmaq Gametofobiya- Evlilikdən qorxmaq Hipnofobiya- Yatmaqdan qorxmaq Logofobiya- Bəzi cümlə və sözlərdən qorxmaq Monofobiya- Təklikdən qorxmaq Pedofobiya- Uşaqlardan qorxmaq Tokofobiya- Hamilə qalmaqdan qorxmaq
Sayfa 368Kitabı okudu
Məlum olmuşdur ki, sol beyin yarımkürəsindəki assosiativ təpə payı daha çox abstrakt-məntiqi düşüncəni ( oxumaq, sözlərin mənasını anlamaq, riyaziyyat, nitqin qurulması, verbal yaddaş), sağ beyin yarımkürədəki isə, obrazlı, xəyali təfəkkürü ( üzdəki mimikaları, emosional dəyişiklikləri tanımaq, musiqini qavramaq, fəzada hərəkəti yadda saxlamaq, həndəsə, fiqurları tanımaq, qeyri-verbal yaddaş) formalaşdırır
Sayfa 605Kitabı okudu
Məncə çox haqlıdır müəllif:)
Əminəm ki, bu kitabı oxuduqdan sonra sizin assosiativ təpə payında yaranmış sözlərlə model daha da zənginləşəcək və ətrafdakı hadisələrə daha adekvat reaksiya verəcəksiniz
Sayfa 622Kitabı okudu
Şüur və onun xətaları
Azərbaycanın əməkdar elm xadimi, psixologiya üzrə professor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Şöhrət ordenli, psixologiya elmləri doktoru Əbdül Əlizadə şüura belə bir tərif vermişdir. Şüur obyektiv aləmin insan beynindəki subyektiv inikasıdır. Yəni, ətrafda baş verənlər hər birimizin zehnində müxtəlif cür, başqa sözlə desək, subyektiv əks olunur. Bəzən isə bu subyektivlik kifayət qədər adekvat və məntiqli olmur. Bu zaman insanda düşüncə xətaları yaranmağa başlayır və həmin insan əsəb, həyəcan, qorxu, dəyərsizlik və s. kimi mənfi duyğular yaşamağa başlayır. Bu halda insan həll yolunu başqa yerlərdə axtarsa da, əslində dəyişməli olan tək şey öz düşüncəsidir.
Sayfa 618Kitabı okudu
Reklam
Qorxu növləri
Akluofobiya- Qaranlıqdan qorxmaq Antropofobiya- İnsanlardan qorxmaq Agirofobiya- Küçəyə çıxmaqdan qorxmaq Aqorafobiya- Açıq yerlərdən qorxmaq Ailurofobiya- Pişikdən qorxmaq Akrofobiya- Ağrıdan qorxmaq Amaksofobiya- Maşın və ya digər nəqliyyat vasitələrindən qorxmaq Amnezifobiya- Hafizənin itiriləcəyindən qorxmaq
Sayfa 366Kitabı okudu