Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xan Xatirə Ədəbiyyatı 4. Kitab

Bir Cavanın Dəftəri

Yusuf Vezir Çemenzeminli

Sözler ve Alıntılar

Tümünü Gör
Eyni məsələ, həyat məsələsi həmişə məni düşündürür. Şüur nə böyük əzabdır!
Sayfa 38 - Xan NəşriyyatıKitabı okudu
Reklam
Özgələrin şeirləri dərdlərimə tərcüman ola bilməzsə, öz şeirlərimlə halımı bəyan etməyə çalışaram. Amma şeirlərimi bir kəsə oxumaram. Çünki onlar hisslərimin vasitəsidirlər.
Sayfa 40 - Xan NəşriyyatıKitabı okudu
Dünyada insan bir dəfə yaşayır, gənclik müvəqqəti bir hədiyyədir – bunları dərk edirəm, lakin istifadə edə bilmədiyimdən yanıb bitirəm. Yaşayışımız bir yaşayışmı? Çıxacaq lazım – bunu da bilirəm, ancaq yolu itirmişəm...
Sayfa 38 - Xan NəşriyyatıKitabı okudu
Tənhalıq. Hər yerdə mənim üçün tənhalıq. Ürəyim tənha, çəkdiklərim tənha! Qaçmaq, qaçmaq lazımdır. Məni anlayanları aramalı, dostlar tapmalı...
Sayfa 64 - Xan NəşriyyatıKitabı okudu
Yenə qara buludlar könlümü bürümüş, yenə həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxtiqarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, ah-zar eləyirəm, nalələrim cavabsız qalır.
Sayfa 34 - Xan NəşriyyatıKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.