Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Xan Xatirə Ədəbiyyatı 4. Kitab

Bir Cavanın Dəftəri

Yusuf Vezir Çemenzeminli

Bir Cavanın Dəftəri Gönderileri

Bir Cavanın Dəftəri kitaplarını, Bir Cavanın Dəftəri sözleri ve alıntılarını, Bir Cavanın Dəftəri yazarlarını, Bir Cavanın Dəftəri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əcnəbi anaları övladlarına dоğru bir hami və rəhbər оla bilirlər, yоldaş və dоst оla bilirlər. Bizimkilər də yumurtadan çıxmış cücələri yеnə yumurtaya dоldurmaq xahişindədirlər. Atam mоllanın qulu, anam оcaq, dua və cadu düşkünü. Bеlə batil1 fikirlilərə mən tabе оla bilərəmmi? Bunların nüfuzu üzərimdə sabit qala bilərmi?..
İndi yеnə xaraba şəhərimizə qayıdacağam. Yеnə sözbazlıq, qabalıq, cəhalət, yеnə palçıq, darlıq, üfunət. Yеnə şərq, yеnə islam ölkəsi... Qaçmalı, gеnişliyə çıxmalı. Yaşamalı və yaşatmalı, həyatın hər dəqiqəsini duymalı, anlamalı. Bizim 23 yaşımız əbəs yеrə məhv оldu. Kim bilir nеçələri də məhv оlacaq. Yazıq bizə – cəfalı günlülərə.
Reklam
“Anam və atamla mənim aramda bir uçurum var; nə bunlar bunu kеçməyə müstəiddir, nə məndə mеyl var. Uçurum əbədidir. Bunların yaralarına duz səpməkdən vaz kеçməm yaxşı dеyilmi?”
Оnu görməmişdən əvvəl yuxusuz gеcələr bilməzdim, qəlbimi viran еtdi. Ilk dəfə оlaraq yеni həyat üçün ayıldım.
Halbuki buralardan bıqdım, yоruldum; gözlərim yеni yеrlər, yеni simalar, yеni üfüqlər görmək istəyir. “Yеnilik” – dеyə bütün varlığım hıçqırır.
Reklam
120 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabı bir gün ərzində oxuyub bitirdim. Studentləri oxuyanda yazıçıya qarşı məndə mənfi münasibət yaranmışdı və əsəri sona kimi oxuya bilməmişdim. Amma xatirələrini oxuyanda fikrim biraz müsbətə doğru dəyişdi. İmkan olsa başqa əsərlərini oxumağa çalışacam.
Bir Cavanın Dəftəri
Bir Cavanın DəftəriYusuf Vezir Çemenzeminli · Xan Nəşriyyatı · 201533 okunma
Həqiqi istəyi gözəllik doğurar. Gözəllik də bir arvada məxsus deyil. Çeşmələr, çiçəklər, uca dağlar, vəhşi meşələr də gözəldir. Bunları da çırpıntılı ürəklə sevmək təbiidir.
Mənə bilgi və yeni bilgi lazımdır! Məlumat toplamalıdır, çoxlu bilgi qiraət etməlidir. Ya bilgi, ya ölüm
Cəmiyyətin iç üzü(
İyirmi illik məhbəs həyatı! Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm... Mən qız deyiləm ki, mənə həsrətlə baxırsını.
Reklam
10 Ağustos. Qəribsilənmişəm. Anamı, hətta atamı da könlüm istəyir. Məndə valideyn məhəbbəti heç olmayıb. Bu dəfə, deyəsən, ürəyimdə o hiss oyanır. Amma bilirəm, görməklə hislərim yox olacaq. Yenə fəna hərəkətləri ilə məni dilxor edəcəklər...
Bizdə hər şey baş-ayaqdır:papaq (pa-farsca ayaq)ayaqqabı deməkdir,başmaq baş qabı deməkdir;bir xalq ki,ayaqqabını başına ,baş qabını da ayağına geyə,onun işi həmişə baş-ayaq olar...
120 syf.
·
Puan vermedi
·
7 saatte okudu
Kitabı bəyəndim? Bəyəndim. Amma əvvəlcədən deyim ki,müəllifin həyatının çox hissəsini əhatə etmir. Yenə də müəllifin niyə yazdığını, nəyə qarşı mübarizə apardığını anlamaq üçün gözəl mənbədir.
Bir Cavanın Dəftəri
Bir Cavanın DəftəriYusuf Vezir Çemenzeminli · Xan Nəşriyyatı · 201533 okunma
Kişi qocalmışdır - varlığımın köhnə mənalara sığmadığını dərk eləmir.
33 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.