Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Xan Xatirə Ədəbiyyatı 4. Kitab

Bir Cavanın Dəftəri

Yusuf Vezir Çemenzeminli

Bir Cavanın Dəftəri Sözleri ve Alıntıları

Bir Cavanın Dəftəri sözleri ve alıntılarını, Bir Cavanın Dəftəri kitap alıntılarını, Bir Cavanın Dəftəri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Eyni məsələ, həyat məsələsi həmişə məni düşündürür. Şüur nə böyük əzabdır!
Sayfa 38 - Xan NəşriyyatıKitabı okudu
Reklam
Özgələrin şeirləri dərdlərimə tərcüman ola bilməzsə, öz şeirlərimlə halımı bəyan etməyə çalışaram. Amma şeirlərimi bir kəsə oxumaram. Çünki onlar hisslərimin vasitəsidirlər.
Sayfa 40 - Xan NəşriyyatıKitabı okudu
Dünyada insan bir dəfə yaşayır, gənclik müvəqqəti bir hədiyyədir – bunları dərk edirəm, lakin istifadə edə bilmədiyimdən yanıb bitirəm. Yaşayışımız bir yaşayışmı? Çıxacaq lazım – bunu da bilirəm, ancaq yolu itirmişəm...
Sayfa 38 - Xan NəşriyyatıKitabı okudu
Tənhalıq. Hər yerdə mənim üçün tənhalıq. Ürəyim tənha, çəkdiklərim tənha! Qaçmaq, qaçmaq lazımdır. Məni anlayanları aramalı, dostlar tapmalı...
Sayfa 64 - Xan NəşriyyatıKitabı okudu
Yenə qara buludlar könlümü bürümüş, yenə həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxtiqarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, ah-zar eləyirəm, nalələrim cavabsız qalır.
Sayfa 34 - Xan NəşriyyatıKitabı okudu
Reklam
"Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun!"
Sayfa 26 - Xan NəşriyyatıKitabı okudu
Mən də ki, bəlli: kitab yolunda hər şeydən keçərəm.
Sayfa 33 - Xan NəşriyyatıKitabı okudu
“Anam və atamla mənim aramda bir uçurum var; nə bunlar bunu kеçməyə müstəiddir, nə məndə mеyl var. Uçurum əbədidir. Bunların yaralarına duz səpməkdən vaz kеçməm yaxşı dеyilmi?”
Reklam
Sabah gününə qızmayan,axşam gününə heç qızmaz...
Kişi qocalmışdır - varlığımın köhnə mənalara sığmadığını dərk eləmir.
Bizdə hər şey baş-ayaqdır:papaq (pa-farsca ayaq)ayaqqabı deməkdir,başmaq baş qabı deməkdir;bir xalq ki,ayaqqabını başına ,baş qabını da ayağına geyə,onun işi həmişə baş-ayaq olar...
Оnu görməmişdən əvvəl yuxusuz gеcələr bilməzdim, qəlbimi viran еtdi. Ilk dəfə оlaraq yеni həyat üçün ayıldım.
İndi yеnə xaraba şəhərimizə qayıdacağam. Yеnə sözbazlıq, qabalıq, cəhalət, yеnə palçıq, darlıq, üfunət. Yеnə şərq, yеnə islam ölkəsi... Qaçmalı, gеnişliyə çıxmalı. Yaşamalı və yaşatmalı, həyatın hər dəqiqəsini duymalı, anlamalı. Bizim 23 yaşımız əbəs yеrə məhv оldu. Kim bilir nеçələri də məhv оlacaq. Yazıq bizə – cəfalı günlülərə.
30 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.