Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xan Xatirə Ədəbiyyatı 4. Kitab

Bir Cavanın Dəftəri

Yusuf Vezir Çemenzeminli

Bir Cavanın Dəftəri Sözleri ve Alıntıları

Bir Cavanın Dəftəri sözleri ve alıntılarını, Bir Cavanın Dəftəri kitap alıntılarını, Bir Cavanın Dəftəri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əcnəbi anaları övladlarına dоğru bir hami və rəhbər оla bilirlər, yоldaş və dоst оla bilirlər. Bizimkilər də yumurtadan çıxmış cücələri yеnə yumurtaya dоldurmaq xahişindədirlər. Atam mоllanın qulu, anam оcaq, dua və cadu düşkünü. Bеlə batil1 fikirlilərə mən tabе оla bilərəmmi? Bunların nüfuzu üzərimdə sabit qala bilərmi?..
Mənə bilgi və yeni bilgi lazımdır! Məlumat toplamalıdır, çoxlu bilgi qiraət etməlidir. Ya bilgi, ya ölüm
Reklam
Köhnə adamları təzələmək həm o adamlara ziyandır, həm millətə.
Quru ağacı düzəltməyin çarəsi ağacı sındırmaqdır...
Həqiqi istəyi gözəllik doğurar. Gözəllik də bir arvada məxsus deyil. Çeşmələr, çiçəklər, uca dağlar, vəhşi meşələr də gözəldir. Bunları da çırpıntılı ürəklə sevmək təbiidir.
Halbuki buralardan bıqdım, yоruldum; gözlərim yеni yеrlər, yеni simalar, yеni üfüqlər görmək istəyir. “Yеnilik” – dеyə bütün varlığım hıçqırır.
Reklam
Təhsil
„Məktəb lazımdır. Məktəb olmasa fikirlər pasdan xilas olmaz. Bu nəsil gərək özbaşına qoyulsun, gələn nəslə tərbiyə və təlim verilməlidir.”
Sayfa 43 - xan nəşriyyatKitabı okudu
Bilxassə, qadına qarşı olan zülmün həddi-hüdüdü yox idi. Qadın çarşabda, qadın tərbiyə və təhsildən məhrum, qadını görmədiyi adama ərə verirlər, qadını götürüb qaçırlar... Qadına qarşı nə zorbalıqlar yapılmışdı. “Qızın oldu, qara donunu gey” məsəli səbəbsiz olaraq meydana çıxmamışdı.
Erməni kitabxanasına tez-tez kitab almağa gedirəm. Erməni məsələsinə dair nə qədər kitablar yazmışlar. Hamısı da kin və ədavət saçır. Gənclər bu kitabları oxuyaraq yollarından sapırlar.
Sayfa 34 - xan nəşriyyatKitabı okudu
Reklam
Bizdə hər şey baş-ayaqdır:papaq (pa-farsca ayaq)ayaqqabı deməkdir,başmaq baş qabı deməkdir;bir xalq ki,ayaqqabını başına ,baş qabını da ayağına geyə,onun işi həmişə baş-ayaq olar...
Erməni ilə müsəlman əlaqəsi getdikcə xarablaşır. Bizə qarşə düşmənçilik artır. Özləri də bərk hazırlaşır: bol tüfəng, tapança və patron alırlar. Daşnaq fədailərinin əlindən şəhərdə yer yoxdur. Bunların hamısı kəndlərdən gətirmə adamlardır.
10 Ağustos. Qəribsilənmişəm. Anamı, hətta atamı da könlüm istəyir. Məndə valideyn məhəbbəti heç olmayıb. Bu dəfə, deyəsən, ürəyimdə o hiss oyanır. Amma bilirəm, görməklə hislərim yox olacaq. Yenə fəna hərəkətləri ilə məni dilxor edəcəklər...
Cəmiyyətin iç üzü(
İyirmi illik məhbəs həyatı! Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm... Mən qız deyiləm ki, mənə həsrətlə baxırsını.
30 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.