Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Gün Təbəssüm Olmuşdum

Vaqif Səmədoğlu

En Beğenilen Bir Gün Təbəssüm Olmuşdum Sözleri ve Alıntıları

En Beğenilen Bir Gün Təbəssüm Olmuşdum sözleri ve alıntılarını, en beğenilen Bir Gün Təbəssüm Olmuşdum kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bir uşaq oynayır, Oynayır özü kimi əlvan otların, çiçəklərin arasında. Günəşə baxır göz qırpmadan… Yoxdur qocalıq yer üzündə, yoxdur!
Sabahdan axşamacan gözüm yolda. Nə bir yoldaş gözləyirəm, Nə qız gözü. Nə kağıza yapışan söz, Nə də ki, bir baxt. Sabahdan gözüm yolda. Nə bir Günəş möhürləyən səhər, Nə də axşam imzası gözləmirəm. Gözüm yorğun… yorğanları qapanır… kimsə yox, heç kimi gözləmirəm.
Reklam
Dilənçilikmi bu, yoxsa ürək üzmə? Amma dünyanı papaq kimi Qoymuşam o tində Səkinin üstünə... Daha keçib günahdan, İllər dilənirəm Allahdan beş il, on il, nə bilim, nə qədər atsa qabağıma. Bilirəm, əvvəl-axır O da keçər bu tindən, tutar papaq yiyəsinin əlindən. Özü bilər. Jəllad başına kirli, Şair başına təmiz hava gələr...
durub pəncərə qabağında, baxıram, baxıram yağış və yağış səsi altda ayağı yalın, başı açıq qalmış bir insan taleyinə, və bu tale yiyəsi bu allahsız dünyada da inanır, inanır, inanır Sənə…
Mən bir gün üfüq olmuşdum, duman çökdü dənizə... Görünmədim. Mən bir gün cığır olmuşdum, gedib-gələn olmadı,ot basdı üstümü... Görünmədim. Mən bir gün təbəssüm olmuşdum, nə oldu bilmədim... Görünmədim.
Bir şeir yaz mənim yerimə gün işığı, qafiyəm ol, uşaq təbəssümü.