Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Cenni Herhardt

Theodore Dreiser

Sözler ve Alıntılar

Tümünü Gör
Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyirlər" dir. Onun yeganə ölçüsü- özünü mühafizə hissidir. Filankəs öz malını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyni saxlamışdırmı? Göründüyü kimi, ancaq tək-tük nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.
Bilirsiniz, heç kəs əbədi deyildir. Mən, məsələn, qətiyyən təşvişə düşmürəm ki, mənim ömrümdən az qalmışdır.
Reklam
Keçmişi qaytarmaq mümkün deyil. Sınmış qabı bütün etmək olmaz, onu ancaq yapışdırıb bütöv adlandırmaq olar, bunda isə o bütöv olmayacaqdır.
Məncə arzuna çatmağa kömək edən hər bir vasitədən istifadə etməmək böyük axmaqlıqdır.
Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd- qüssə hamıya catir.
Yüksək gərginlik dəqiqələrində insan daha çox nəzərə çarpan bir aydınlıqla yüksəlir. O, qüvvə və istedadının xeyli artdığını duyur. Biz hələ titrəyirik, yanlış addım atmaqdan qorxuruq, lakin biz inkişaf edirik, yüksəlirik. İlham alovları bizə rəhbərlik edir. Təbiət heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz döndərirsə, biz yenə də mövcud olanlarla dostluqda qalırıq. Təbiət - alicənabdır. Külək və ulduzlar sənin dostlarındır. Sən ancaq mərhəmətli və həssas ol - o zaman bu böyük həqiqəti dərk edərsən. Bəlkə də, bu həqiqət sənə hazır düsturlar şəklində deyil, nəticə etibarilə idrakın mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqda müdriklik qazanırsan.
Reklam
Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.