Çarli və şokolad fabriki. Uşaqkən filmini izləmişdim, kitabı olduğundan xəbərsizdim, birində kitabxanada gördüm, ancaq alıb oxumaq qismət olmadı. Müəllimə olmaqdan sonra oxumaq qismət imiş:) Bir gün şagirdlərimdən birinin məktəb kitabxanasından əlində bu kitabla gəldiyini görüb çox sevindim. Boş saatlarımızda yavaş-yavaş uşaqlara oxudum. Mənim üçün çox xoş bir xatirə oldu. Gələk kitabın mövzusuna Çarli kasıb bir ailədə doğulan tək uşaq və Villi Vonka şokoladlarını çox sevir ancaq təkcə ildə bir dəfə bir qəlib şokolad alıb yeyə bilir. Günlərin bir günü Mister Vonka elan edir ki, 5 uşağa fabrikə giriş üçün icazə və sonda 5 uşağa ömürlərinin sonunacan yetəcək şokolad verəcəyini vəd edir. Və beləcə hadisələr cəryan edir. Uzun sözün qısası çox maraqlı və uşaqların sevəcəyi bir kitab. Artıq bu kitabı hər görəndə şagirdlərimin-Gülün, Yusifin kitabı necə çox sevməyi, müəllim, Çarlini oxuyun demələri. Gülün oxuduqlarıma diqqətlə qulaq asıb düz təxminlər etməyi yadıma düşəcək:)