Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cəhənnəmdən Gələn Səs

Elxan Elatlı

Cəhənnəmdən Gələn Səs Sözleri ve Alıntıları

Cəhənnəmdən Gələn Səs sözleri ve alıntılarını, Cəhənnəmdən Gələn Səs kitap alıntılarını, Cəhənnəmdən Gələn Səs en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Sən bilirsən mən onu niyə vurdum?! --Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!
Böyük Nəsiminin, universitet illərində oxuyub yadda saxladığı bir misrasını indi tez-tez təkrar edirdi: - Dünya duracaq yer deyil, ey can, səfər eylə!..
Sayfa 38 - Elgün nəşr-çap eviKitabı okudu
Reklam
Bu millətin təhsilinə zərbə vurmaq lazımdır, sağlamlığına zərbə vurmaq lazımdır. Belə olsa , iyirmi ilə , görərsən ki, millət məhv olub. Ancaq, güllə ilə, bomba ilə heç yüz ilə də qırıb qurtarmaq olmaz bu milləti.
Sayfa 202 - Bakı," Elgün" ,2011Kitabı okudu
-Yadında saxla, - dedi.- İnsan insanı ancaq iki şeyə görə öldürə bilər. Bir doğma torpağını, bir də namusunu qorumaq üçün.
Sayfa 43 - Elgün nəşr-çap eviKitabı okudu
Ürəyimin incə tellərinə toxundu...
-- Ananı çox sevirsən? -- Çox! - Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz? -- Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...
Sayfa 141Kitabı okudu
-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -- Kim? -- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın. -- Başa düşmədim... -- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz? -- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür. -- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın...
Sayfa 142Kitabı okudu
Reklam
Cəhənnəm = Ermənistan
-- Hardan zəng vurursunuz? -- Cəhənnəmdən.. -- Məni ələ salırsız? -- Yox! - yad qadın hökmlə dilləndi. - Mən Ermənistandan zəng vururam...
-- Heç bilirsiniz çılpaqlıq nədir? -- Nədir? -- Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox. -- Tam anlaya bilmədim. -- Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.
Ermənilərin ulu babası deyəsən, insan olmayıb...
-- Sənin öldüyünü düşünürdük. -- Kaş öləydim. Xocalıdan olanların ən bəxtəvərləri elə ölənlər oldular. -- Sizə çox işgəncə verdilər? -- Sən bilən, insana verilən ən böyük işgəncə nə ola bilər? -- Nə bilim... Deyə bilmərəm.. -- Heç mən də deyə bilmərəm. Çünki onlar ən dəhşətli hesab etdiyin, ən çox qorxduğun işgəncədən sonra düşünüb eləsini tapırlar ki, əvvəlkini arzu edirsen..
Ne mutlu TÜRKÜM diyene...
Yadında saxla, dünya tarixi türklərin qəhrəmanlıq tarixi ilə doludur. Başqaları döyüşməyi türkdən öyrənib. Təkcə kişilərimiz yox, qadınlarımız da at belində, əlində qılınc düşmən üstünə getməkdən qürur duyublar. Elə indinin özündə, Türkiyəyə bax! Orada doğulan gənclər dünyanın hansı ölkəsində yaşayırsa yaşasın, əsgərlik yaşı çatanda vətənlərinə qayıdıb öz borclarını verirlər. Bizimlə onların keçmişimizdə heç bir fərq yoxdur. Xarakterinizdə də, əqidəmizdə də...
203 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.