Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cəhənnəmdən Gələn Səs

Elxan Elatlı

Cəhənnəmdən Gələn Səs Sözleri ve Alıntıları

Cəhənnəmdən Gələn Səs sözleri ve alıntılarını, Cəhənnəmdən Gələn Səs kitap alıntılarını, Cəhənnəmdən Gələn Səs en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ürəyinin başına dəyən bir güllə ilə ölməkdən asan nə var ki?!.. Bir də var, səni gündə on dəfə öldürüb-dirildələr.
Sayfa 52 - Elgün nəşr-çap eviKitabı okudu
Amma... Biz azərilərin bəxtinə son iki əsrdə çox bəlalar düşüb. Əvvəl Çar Rusiyasının, sonra isə sovetlərin müstəmləkəsi olmuşuq. Bunların ikisi də Türkün tarixini yaxşı bildiyi üçün çalışıb ki tabeliyində olan türklər əsgər getməsin. Gedəndə də, əlinə avtomat, tüfəng götürüb vuruşmağı öyrənməsin, tikintidə işləyib ruslara xeyir versin, ya da mətbəxdə kartof soymaqla əsgərliyini başa vursun. Bilirdilər axı!? Bilirdilər ki, bu millətin balaları vuruşmağı öyrənsə, sabah öz azadlığını istəyəndə qabağında durmaq olmayacaq.
Sayfa 62 - Elgün nəşr-çap eviKitabı okudu
Reklam
Ələmdar düşündü ki, bəziləri kəşfiyyatçını, az qala, aktyora bənzədir. Amma, bu qətiyyən belə deyildi. Aktyor bir rolu ifa edəndə tamaşa qurtarana kimi girdiyi rolu tamamilə yaşaya bilərdi və əsl aktyor yaşamalı idi də. Kəşfiyyatçı isə roluna aktyordan yüz qat artıq təbiiliklə girməklə bərabər, özünün də kim olduğunu bir an unutmalı idi.
Sayfa 270 - Elgün nəşr-çap eviKitabı okudu
Qaçırdılar!.. Qaranlıqda nəyəsə ilişə-ilişə, büdrəyə-büdrəyə qaçırdılar...
Sayfa 52 - Elgün nəşr-çap eviKitabı okudu
Amma onu da düşündü ki, bəzən insanlar atdıqları addımı ölçüb-biçmədən elə cığıra düşürlər ki, bu cığır özü onları aparıb xəyanət yoluna salır.
Sayfa 175 - Elgün nəşr-çap eviKitabı okudu
Şəhər fəryad qoparıb əli çatan yerlərə xəbər göndərirdi: - Biz qırılırıq, bizə kömək edin! Bizə kömək edin! Bizə kömək edin! Bu xəbər təkcə Azərbaycanın o vaxtkı rəhbərliyinə yox, dünyanın hər yerinə, dünyanı idarə edən böyük dövlətin başçılarına belə çatırdı. Ancaq, hamı susurdu... Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!..
Sayfa 49 - Elgün nəşr-çap eviKitabı okudu
Reklam
- Ən güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -Kim? -O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın. -Başa düşmədim... -Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki.
Sayfa 133 - Elgün nəşr-çap eviKitabı okudu
Siz fikir verirsinizmi onun necə kinli siması var? - mayor cavab verdi. Baratov kinayə ilə gülümsədi: - On yeddi il erməni əsirliyində olan adamın siması necə olmalıdır, sizin fikrinizcə? Şən və gülərüz olmalıdır?
Sayfa 58 - Elgün nəşr-çap eviKitabı okudu
- Sən bilirsən mən onu niyə vurdum?! --Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!
Yadında saxla, dünya tarixi türklərin qəhrəmanlıq tarixi ilə doludur. Başqaları döyüşməyi türklərdən öyrənib. Təkcə kişilərimiz yox, qadınlarımız da at belində, əlində qılınc düşmən üstünə getməkdən qürur duyublar.
Sayfa 62 - Elgün nəşr-çap eviKitabı okudu
Reklam
Böyük Nəsiminin, universitet illərində oxuyub yadda saxladığı bir misrasını indi tez-tez təkrar edirdi: - Dünya duracaq yer deyil, ey can, səfər eylə!..
Sayfa 38 - Elgün nəşr-çap eviKitabı okudu
Bu millətin təhsilinə zərbə vurmaq lazımdır, sağlamlığına zərbə vurmaq lazımdır. Belə olsa , iyirmi ilə , görərsən ki, millət məhv olub. Ancaq, güllə ilə, bomba ilə heç yüz ilə də qırıb qurtarmaq olmaz bu milləti.
Sayfa 202 - Bakı," Elgün" ,2011Kitabı okudu
-Yadında saxla, - dedi.- İnsan insanı ancaq iki şeyə görə öldürə bilər. Bir doğma torpağını, bir də namusunu qorumaq üçün.
Sayfa 43 - Elgün nəşr-çap eviKitabı okudu
-- Heç bilirsiniz çılpaqlıq nədir? -- Nədir? -- Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox. -- Tam anlaya bilmədim. -- Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.
Ürəyimin incə tellərinə toxundu...
-- Ananı çox sevirsən? -- Çox! - Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz? -- Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...
Sayfa 141Kitabı okudu
203 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.