Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cəhənnəmdən Gələn Səs

Elxan Elatlı

En Beğenilen Cəhənnəmdən Gələn Səs Gönderileri

En Beğenilen Cəhənnəmdən Gələn Səs kitaplarını, en beğenilen Cəhənnəmdən Gələn Səs sözleri ve alıntılarını, en beğenilen Cəhənnəmdən Gələn Səs yazarlarını, en beğenilen Cəhənnəmdən Gələn Səs yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- Sən bilirsən mən onu niyə vurdum?! --Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!
367 syf.
·
Puan vermedi
·
3 günde okudu
Oxuduğum ilk kriminal əsər...
Əsəri oxuyarkən çox təəccübləndim. Ona görə ki, dövlətin çatışmazlığını bu qədər açıq şəkildə göstərən və açıq şəkildə ifşa edilən bir əsər necə olub ki, çap olunmağa icazə alıb. Əsərin proloqu insana demək olar ki, hər şeyi çatdırır. Jurnalist olan Yunis Muradov toydan öz fahişəsi ilə qayıdır. Hardasa Xocalı hadisələrinin 17 ilinin tamam olmasına
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn SəsElxan Elatlı · Elgün · 2009920 okunma
Reklam
Cəhənnəm = Ermənistan
-- Hardan zəng vurursunuz? -- Cəhənnəmdən.. -- Məni ələ salırsız? -- Yox! - yad qadın hökmlə dilləndi. - Mən Ermənistandan zəng vururam...
Ürəyimin incə tellərinə toxundu...
-- Ananı çox sevirsən? -- Çox! - Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz? -- Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...
Sayfa 141Kitabı okudu
-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -- Kim? -- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın. -- Başa düşmədim... -- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz? -- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür. -- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın...
Sayfa 142Kitabı okudu
-- Heç bilirsiniz çılpaqlıq nədir? -- Nədir? -- Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox. -- Tam anlaya bilmədim. -- Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.
Reklam
Əqidəsi, mənliyi olmayan kişi fahişə qadından da betərdir...
Ermənilərin ulu babası deyəsən, insan olmayıb...
-- Sənin öldüyünü düşünürdük. -- Kaş öləydim. Xocalıdan olanların ən bəxtəvərləri elə ölənlər oldular. -- Sizə çox işgəncə verdilər? -- Sən bilən, insana verilən ən böyük işgəncə nə ola bilər? -- Nə bilim... Deyə bilmərəm.. -- Heç mən də deyə bilmərəm. Çünki onlar ən dəhşətli hesab etdiyin, ən çox qorxduğun işgəncədən sonra düşünüb eləsini tapırlar ki, əvvəlkini arzu edirsen..
Ne mutlu TÜRKÜM diyene...
Yadında saxla, dünya tarixi türklərin qəhrəmanlıq tarixi ilə doludur. Başqaları döyüşməyi türkdən öyrənib. Təkcə kişilərimiz yox, qadınlarımız da at belində, əlində qılınc düşmən üstünə getməkdən qürur duyublar. Elə indinin özündə, Türkiyəyə bax! Orada doğulan gənclər dünyanın hansı ölkəsində yaşayırsa yaşasın, əsgərlik yaşı çatanda vətənlərinə qayıdıb öz borclarını verirlər. Bizimlə onların keçmişimizdə heç bir fərq yoxdur. Xarakterinizdə də, əqidəmizdə də...
244 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.