Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çətin Olsa da, Həyat Davam Edir

Rövşen Abdullaoğlu

Sayfa Sayısına Göre Çətin Olsa da, Həyat Davam Edir Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Çətin Olsa da, Həyat Davam Edir sözleri ve alıntılarını, sayfa sayısına göre Çətin Olsa da, Həyat Davam Edir kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Hər kəsin də buna yanaşma tərzi fərqlidir. Bəzən çətinliklər insanı elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və həyallarını tamamilə yuyub aparır. Qeyd: Bu kitab oxuduğum ilk kitablardandı və keçən ay beş ili tamam oldu.Niyyətim oxuduqlarımı yenidən gözdən keçirib, burda bəzi qeydlər etməkdir.
Eyakulyasiya zamanı orta hesabla təxminən 250-300 milyon cinsi hüceyrə ifraz olunur. Lakın onlardan yalnız 10 000 ədədi yumurtahüceyrəyə tərəf gedən analıq yoluna çata bilir. Bunlardan da yalnız biri yumurtahüceyrəyə daxil olaraq “həyat” əldə edir. Cinsi hüceyrələrin yumurtahüceyrəyə qədər gedəcəyi məsafə təxminən 20 smdir. İlk baxışdan bu, elə də böyük görünmür. Ancaq cinsi hüceyrələrin mikroskopik ölçüsünü nəzərə aldıqda deyilən məsafənin həddindən artıq böyük olduğu anlaşılır.
Reklam
Sən yüz milyonlarla özün kitnilərini arxada buraxaraq inamla irəli gedib həyatının ən yüksək mükafatını qazanmış birisən. Bu qalibiyyətinə səbəb sənin sona qədər inamla, inadkarlıqla, dayanmadan mübarizə aparmağın olmuşdur. Elə isə özünü bəxtsiz və uğursuz hesab etmə!
Demək olar ki, əksər müvəffəq olmayan, məğlub insanların acınacaqlı vəziyyətlərinin səbəbi cismi və ictimai zəiflikləri deyil, ruhi zəiflikləri, həyatda onları inkişafa doğru aparan heç bir hədəf və planlarının olmamasıdır.
Reklam
..."hər çirkinliyin belə gözəl bir tərəfi var, ilk olaraq, o gözəlliyə diqqət etmək, həyatda hər şeyə yaxşı tərəfindən yanaşmaq lazımdır"...
Deyilənlərdən, həmçinin aydın olur ki, hazırki vəziyyətdə işlərinin alınmaması sənin bəxtsiz və zəif olmağına görə deyildir. Əsl səbəb əvvəl malik olduğun ruhi keyfiyyətləri itirməyindir. Bunu dəqiq bil ki, demək olar ki, əksər müvəffəq olmayan, məğlub insanların acınacaqlı vəziyyətlərinin səbəbi cismi və ictimai zəiflikləri deyil, ruhi zəiflikləri, həyatda onları inkişafa doğru aparan heç bir hədəf və planlarının olmamasıdır. Biz həyatımızda müxtəlif çətinliklərlə qarşılaşan zaman daxilimizdə uğursuzluq hissi yaranır, qorxmağa başlayırıq, özümüzə inamı tez bir zamanda əldən veririk. Bu da, öz növbəsində, bütün iradəmizi, şövqümüzü iflic edir. Yerimizdə donub qalırıq. Bir çox cismi, əqli, elmi cəhətdən güclü olan insanlar var ki, iradələrinin iflic olmasından əziyyət çəkirlər. Özümüzə keçmiş qüdrətimizi qaytarmaq üçün elə də böyük bir şey tələb olunmur, sadəcə olaraq, əvvəlki xüsusiyyətlərimizi geri qaytarmalıyıq. Həyatda inamla, nizamla və hədəfimizə doğru dayanmadan hərəkət etməliyik. Tarixin ən böyük yarışını qazanan zaman tətbiq etdiyimiz qanunları istənilən hədəflər üçün təyin edərək inanılmaz nəticələr əldə edə bilərik.
Hər çirkinliyin belə bir gözəlliyi vardır, ilk olaraq, o gözəlliyə diqqət etmək, həyatda hər şeyə yaxşı tərəfindən yanaşmaq lazımdır.
İsanın ayaqları yol açıb dünyalara, Gəlib çıxmışdı bir gün balaca bir bazara. Gördü bir çoban iti, canavar kimi nəhəng, Yol üstündə uzanmış cansız, nəfəssiz köpək. Dörd yanını bürümüş adamlar qatar-qatar, Leş yeyən quzğun kimi başına toplaşıblar. Biri dedi: <<<Çatladar beynimizi bu cəmdək, Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!>>>> Biri dedi: <«<Rədd edin, görünməsin bu murdar, Gözümüzü kor eylər, könlümüzü dondurar». Hərə bir hava çaldı: <«<Tfu!»-<«<Cəsəd!» <«<Əlhəzər!», Zavallı, miskin leşə min bir cəfa verdilər. Növbə çatdı İsaya, eyibdən vaz keçdi o, İtin üstünlüyünü fikirləşdi, seçdi o. <<<Naxışları, xalları, - dedi, - aləmdi, məncə, Parlaq, saf dişlərinə nə dürr çatar, nə inci». Nizami Gəncəvi
Reklam
Özünüzü işlərin yaxşı tərəfini görməyə adət etdirin. Unutmayın ki, bütün hadisələr müqayisə nəticəsində pis və ya yaxşı olurlar. Bilin ki, başınıza gələn ən pis hesab etdiyiniz işin belə dərinliyində yüzlərlə sizin üçün fayda və yaxşılıq cəhəti qərar tapmaqdadır. Sadəcə, onları görmək lazımdır.
369 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.