Puan

8.610 üzerinden
88 kişi
6/10
·852 syf.··
2022 16. kitabı
·
23 günde okudu
·
Okunma: 03 Mart 2022 13:57
Yucin dahi midir?Mence,deyil.Çunki onun istedadi var idi lakin burda dahilikden soz ola bilmez.O istedadindan da istifade ede bilmirdi. Drayzer'den bugune qeder oxudugum kitablarin hamisini sevmisem lakin bu kitabi hec seve bilmedim.Hadiseler cox tekrarlanirdi.Demek olar ki,eyni hadiseler bas verirdi yer ve sexsler ferqli olurdu.Yucin isinde ugur qazanir yene bir qadin tapib onu sevir Ancela bunu oyrenir Yucin ozunu duzeldirdi.Bele hadise 3-4 defe tekrar olundu.Yucin ozu de dusunurdu ki,men niye basqalari kimi sedaqetli ola bilmirem?Bu insan sehvlerinde pesman olub ders goturmurdu.O zaman onun dahiliyi kime lazimdi.Bir yaxsi ceheti var idi ki,isinde düz idi.Kitabda Yucin en azi 6,7 qadini sevir lakin men onun hec bir qadini sevdiyine inanmiram.Sadece gozelliklerini sevir
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2023269 okunma
Bitirərkən dünyasından çıxa bilmədiyim bir kitab daha...
9/10
·643 syf.··
2024 24. kitabı
·
21 günde okudu
·
Okunma: 11 Nisan 2024 12:36
Gözəlliyə məftunluq... Zərif hisslərin dərinliyi və bunun verdiyi dözülməz ruhi iztirablar... Qadın füsunkarlığının aliləşdirilməsi... Şöhrət xülyası... Və daha nələr...nələr... "Dahi" Drayzerdən oxuduğum ikinci kitab oldu və olduqca sevdim. Yucin Vitla obrazını unuda bilməyəcəyim mütləqdir. Onun məhəbbət, evlilik, azadlıq haqqındakı fikirləri əsl incəsənət insanının bu kimi hisslərə necə dərin məna verdiyini bizə aydın şəkildə göstərmiş olur. Kitabda oxuyarkən hiss edilərək düşünüləsi çox önəmli mövzular vardır. Məhəbbət barəsində bir-birini əvəz edən ziddiyyətli hisslər, gerçək dünya ilə incəsənət aləmi arasında olan antaqonist vəziyyət, düşüncələrində doğru addımın nə olduğunu bildiyin halda, hisslərinin ağlının çağırışına səs verməməsi və s. Yaşadıqlarına və yaşatdıqlarına görə Yucini əsla günahlandırmıram. O, sadəcə ictimai şərtiliyin zəncirlərindən yaxa qurtararaq ruhuna azadlıq verməyə çalışan bir rəssam idi... Əsərdən alıntılar: * "İncəsənət gözəl şeydir və mən istedadlı rəssam olduğumu fərz etməyə hazıram. Lakin, istedadım mənə pis istinadgah oldu, mən ancaq onu atandan sonra yaxşı yaşamağın nə demək olduğunu bildim. Kədərlidir, lakin faktdır". (Yucin; səh: 445) * "Mən hamının yaşadığı kimi yaşamaq istəmirəm". (Yucin; səh: 494) * "Sizə qarşı məhəbbət mənə ehtiyatsız cəsarət təlqin etdi, məni bütün dünyaya meydan oxumağa vadar etdi. Siz gözəl olduğunuz üçün, mənim bu zamana qədər gördüklərim içərisində ən kamil məxluq olduğunuz üçün mən özümü məhəbbət mehrabına qurban verdim". (Yucin; səh: 584) * "Bəs nə mövcuddur?" -- Yucin özündən soruşur və öz-özünə cavab verirdi: "Gözəllik! Çünki həyat nə qədər dəhşətli olsa da, yenə gözəldir". (Səh: 606)
Edebiyat & Roman
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2023269 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·852 syf.··
2021 23. kitabı
Dahi və dahilik anlayışı nədir? Əslində yazıçı burda bu adı kinayə ilə seçmişdir. Yucin Vitla obrazında biz dahiliyin tam əksini görmüş olsaq da əslində obraz olaraq çox bəyənirəm. Səbəbi isə bir çox ortaq cəhətlərimizin olmağıdır. Sadə bir misal;Yucin sırf evlənmək üçün evlənmək istəmir, o qarşı cinsdə hər şeyin daha gözəlin axtarır və həyatında olan hər qadında sadəcə bunların hamsı da olmasa bir neçəsini tapdığı üçün müəyyən zamanı onunla keçirir. Bu da təbii ki, Yucinə yetmədiyi üçün yarım buraxmış olurdu. İncəsənət insanları üçün sevginin adi olmadığı və necə əlçatmaz bir zirvə olduğu bu əsərdə Yucin obrazı ilə öz təsdiqini tapmış olur. Sevdiyim əsərlər sırasının öndəgedənlərindəndir:)
Edebiyat
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2023269 okunma
7/10
·852 syf.··
2024 216. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Temmuz 2024 18:21
Dahi spoiler var!! Dahi deyə adlandırdığımız insanlar kimdi? Kimləri dahi adlandırmaq olar? Yucin Vitla bəzilərinə görə dahi idi. Nə kitablarda,nə də həqiqi həyatda hər tərəfli inkişaf edən insan yoxdur. Hər bir insanın səhvləri olur. Ancaq insanlar bu səhvlərdən nəticə çıxarmağı bacarmalıdırlar. Əlbətdə Yucin Vitla həqiqi həyatda yaşamır. Ancaq onun kimi ona bənzəyən insanlar da vardır. Romanda mənim fikrimcə heç bir insan doğru insan değil. Hər bir obrazın o qədər səhvləri oldu ki. Ən əsası da Yucin... Ah Yucin . Öz istedadın sənin üçün xoşbəxtlik ya bədbəxtlik gətirdiyini demək mümkün deyil. Xoşbəxtlik axtarışında olub onu çox başqa hisslərdə axtardın. Sonda isə... Əsərin belə bitməyi mənim üçün ideal son idi. Böyük Ancelanin ölməyi, Suzannanın geri qayıtmamağı, kiçik Ancela , Yucin yenidən rəssam olmağı. İnsan bəzən vaz keçməyi bacarmalıdır. Bu başqası üçün deyil, özü üçün faydalıdır. Əsər haqqında daha çox danışmaq olar. Ancaq bəzən çox fikir söyləmək əsərin ab-havasını pozur .
Edebiyat
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2023269 okunma
6/10
·852 syf.··
2026 2. kitabı
·
7 günde okudu
·
Okunma: 04 Mayıs 2026 09:50
Təəssüf ki, hadisələr çox təkrarlanır və baş qəhraman empatiya qurmaq çox çətindir. Baş qəhramanın inkişaf mərhələləri kitabın yeganə maraq oyandıran hissəsi ola bilər, bəzən ondan ikrah duysanız da. Nəticə etibarı ilə, bu kitabı oxumaq da olar oxumamaq da.
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2023269 okunma