Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Dahi Sözleri ve Alıntıları

Dahi sözleri ve alıntılarını, Dahi kitap alıntılarını, Dahi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəlkə də, sevir? Ən dəhşətli, ən ümidsiz, ən öldürücü və amansız olan da bu şübhə idi.
O heç bir zaman bilməyəcək ki, mən onu sevirəm... Hər ikisi də məhəbbət arzusunda idi.Hər ikisi onu rədd etdilər. Hər ikisi itirilmiş gözəlliyin xəyalını ürəklərinin dərinliyində gizlətdilər.
Reklam
"Şərin ancaq ona inananlar üzərində hökmranlığı vardır, lakin özünü ilahi ideyanın kamil və sarsılmaz inikası hesab edənlər üçün onun heç bir əhəmiyyəti və mənası yoxdur. Tanrı prinsipdir, insan isə onun ayrılmaz hissəsidir, elə ki, bunu özünə aydınlaşdırdın, şər pis yuxu kimi yox olub gedər, əslində o elə pis yuxudur da. Şər, hər bir reallıqdan məhrumdur".
"Yucin əllərini qıza uzatdı, Süzanna onun boynuna atıldı, lakin dünyada heç bir qüvvə onun qəti şübhələrini dağıda bilmədi. Bu şübhələr Yucindəki bütün sevinci alırdı, sanki yuxu zamanı ağuşunda kamil bir xilqət saxladığını görmüş, ayılarkən isə boşluğu qucaqladığını aşkar etmişdi."
Sayfa 591Kitabı okudu
"Oh, taleyin öldürücü oxlarında nə qədər zəhər varmış!"
Sayfa 596Kitabı okudu
Hamı axlaq deyə bar-bar bağırır, lakin əksəriyyəti ya onu unudur, yaxud ona sadəcə məhəl qoymur.
Reklam
Çünkü insan ən çok pislik etdiyi adama ürəkdən nifrət etmək kimi bir xoşbəxt qabiliyyətə malikdir.
Sayfa 810Kitabı okudu
"Bu, gərgin, təhlükəli və mürəkkəb həyat idi. Bu həyatda dinclik yox idi, çünki xəyanətdə dinclik və səadət olmur".
Məhəbbət elə ehtiras ilə tələsik hazırlanmış tələ yemidir. Təbiət və həyatın daimi qanunu insanı onun üçün müəyyən edilmiş işi görməyə məcbur edir, yük atı ağır yükü çəkməyə məcbur edildiyi kimi. Yucin belə hesap edirdi ki, nə təbiətə, nə də yer üzündə həyatın daimi qanununa borclu deyildir. O özünün dünyaya gətirilməsini xahiş etməmişdi. Onun yollarına çiçəklər səpilməmişdi. Bəs nə üçün o təbiətin ona verdiyi tələblərin yerinə yetirməlidir?
Sayfa 227Kitabı okudu
"Bu otağın divarları onun fərəhsiz bir vaqeəsinin şahidi oldu. Bu vaqeə həyatı alt-üst olmuş, hisslərində, təsəvvürlərində, meyillərində və qavrayışında qarma-qarışıqlıq hökm sürən, taleyin zərbəsi altına düşərək ən müdhiş ümidsizlik, məyusluq keçirən adamın vaqeəsi idi."
Sayfa 594Kitabı okudu
Reklam
Əgər məndən dinin nə olduğunu soruşsalar, mən deyərdim ki, bu insanın ürək yaralarına qoyduğu məlhəmdir,bu labüd, daim dəyişən, nəhayətsiz bir şeydən gizlənmək üçün bir seyvandır. Biz hamımız nə isə şərtisizlik axtarırıq və tapmadıqda özümüz yaradırıq. Din sanki həyata bir daimi ünvan, yarlıq verir, lakin bu anca özünü aldatmaqdır. Biz yenidən zaman, boşluq və hüdudsuz idrak kimi köhnə problemlərə qayıdırıq. Ona görə ki, hər şey onunla qurtarır və biz dərd edə bilmədiyimiz hər şeyi ona istinad edirik.
Sayfa 847Kitabı okudu
İnsanın qiyməti elə özünə verdiyi qiymətdir. Çünki əsas insanın həqiqətdə nə cür olduğu deyil, özünü nə cür təsəvvür etdiyidir.
Sayfa 259Kitabı okudu
O, daxilində həmişə belə hesab edirdi ki, həyat hər cür şablon nəzəriyyədən, yaxud durulmuş olan həyat tərzindən daha zəngin, daha mürəkkəb və müəmmalıdır.
Sayfa 135Kitabı okudu
Məgər biz zövq almaq üçün deyil, özümüzə məzəmmətlərlə əziyyət vermək üçün yaşayırıq?
Allah - prinsipdir, bizim hisslərimiz tərəfindən qavranılan şəxsiyyət deyil. İnsan isə onun surəti və eyniyyətidir. Buna görə də, insan uyğunluq və hər cür kamillik mücəssəməsidir. Bütün bunlar metafizikaya mail olmayan adamlar üçün hər mənadan məhrumdur.
Sayfa 795Kitabı okudu
447 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.