Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Sözler ve Alıntılar

Tümünü Gör
Düzdür, məntiq həmişə güclü olur, ancaq yaşamaq istəyən adamın qarşısında o da dayana bilməzdi! Bəs bircə dəfə də görə bilmədiyi o baş hakim harada idi?
“Hər hansı bir işin düzgün anlamı və onun səhv başa düşülməsi bir-birini heç vaxt qəti şəkildə inkar etmir”.
Reklam
Ancaq indi K. bütün fikrini-zikrini işə yönəltməli olduğu bir vaxtda, yel kimi uçub gedən hər saat ərzində yüksələ-yüksələ artıq direktor müavininə əsas rəqib olduğu halda, cavan oğlan kimi bu qısa gecələrdən, gündüzlərdən zövq almalı olduğu bir zamanda oturub vəkalətnamə yazmalı idi. Yenə xəyalında özünə yazığı gəldi.
Kişi yenicə Qanunun yanına gəlir, keşikçi isə çoxdan ordadır. Bu qulluğa onu Qanun qoyub, keşikçinin ləyaqətini şübhə altına almaq – Qanunun özünü şübhə altına almaq deməkdir.
"Sağ olsunlar ki, mənə belə yarımlal, qanmaz yol yoldaşları verdilər, özümə deyiləsi vacib sözləri deməyi öz ixtiyarıma buraxdılar..."
– Axı mənim heç bir günah işim yoxdur! Bu, səhvdir! Ümumiyyətlə, insan necə günahkar ola bilər?! Axı hamımız eyni adamlarıq... – Düzdür, ancaq bütün günahkarlar belə danışır.
Reklam
– ... indi əlimdən bircə o gəlir ki, özümü axıra qədər sakit idarə edəm. Həmişə həyatdan dördəlli yapışmışam və üstəlik də niyyətim həmişə yaxşı olmayıb. Bu, düzgün deyildi! İndi də onu göstərməliyəm ki, bir il davam edən məhkəmə mənə dərs olmadı? Doğrudanmı mən bu dünyadan qanmaz bir adam kimi köçməliyəm?!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.