Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Davam Edir 37

Xəlil Rza Ulutürk
10/10
1 Kişi
2
Okunma
3
Beğeni
377
Görüntülenme
Davam edir 37... Bu dünyada otun,suyun,torpağin da yaddaşi var. Sindirilmiş bir budağin,söndürülmüş ocağin da yaddaşi var, Ələkbələk darmadağin otağin da yaddaşi var, Bayaq isti,indi bumbuz yatağin da yaddaşi var. Halli çəkmnə altindaca qolu çixan kuklaciğin, Miz üstündə yetim qalan bir qələmin,varağin da yaddaşi var. Azərbaycan tanimişdir vaxtsiz qapi döyənləri, Qara günlər gətirdikcə qan qirmizi geyənləri, Yox unuda bilmərik biz xeyir cildi geyən şəri, Yüz minləri...qanunsuz və məhkəməsiz güllə baran edənləri Qorxa qorxa yarim addım ata-ata Ayaq üstə yata-yata, Qurşağacan qanlı qara bata-bata sürgünlərə gedənləri. Ac yuxusuz,nalan,uryan Min-min qoca,min-min cavan İş üstündə bir sümükdü,bir də dəri. Yox,unuda bilmərik biz Ac canavar iştahiyla yurdu söküb,tökənləri, Bir dəstəni qana çəkən dəstəbaşa təkələri Rəhbər,xadim sayilirdi baş kəsənlər,göz oyanlar -Haqq-bağinda boğazlara qurşun tökdü Markaryanlar,Qriqoryanlar. Yanda durdu Topurudze,asta cəllad,usta cəllad. Adi doğma erəyi yad Cin Cəfərin əlləriylə viran qaldi xanimanlar 74min dustaq getdi qayitmadi yüzdə biri. Çoxu güllə işiğinda əli ilə qazdi qəbri. Ən rəzili bu deyil yox, Ən rəzili odurki,sən Özün şair adlanasan,ədib,alim adlanasan. Baxıb dustaq etdiyinə kam alasan, şadlanasan. Yox,unuda bilmərik biz iş başinda omba duran gürzələri, Naxçivanda DTK-nin çirmə qollu dilavaəri Alni kərpic,gözləri tum...mirzələri Əllərində daşda keçən cəsusnamə ərzələri, Tribunada "Vətən"deyə,"Millət"deyə vəz eləyən hərzələri. Yox,unuda bilmərik biz Bircə üskük çöhrət üçün,göz dikdiyi sərvət üçün mənliyini satanlari... Xirdəyəcən bataqliğa batanlari. -Daloy muğam! -Daloy papaq! -Daloy tar da! -Daloy saz da!-deyib liğa batanlari Xəyanətə qurban getdi tər bənövşə,bahar....Müşfiq. Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq. Xəyanətə qurban getdi neçə igid, Pensneli,zər əsali,nur heykəli ulu Cavid. Qurban getdi dağ billuru Yusif Vəzir Yəlçin Qaya-Əhməd Cavad Qoç Koroğlu,Sani oğlu Haci Kərim Ulduzlari salxim gibi göydən dərən Çoanzadə Bəkirimizi. Güllələndi təpərimiz,hünərimiz,kəsərimiz Bu dərdləri öncə sezib tab etmədi Cəfərimiz. Haray dünya! Hələ durur o qansizlar. Qəhrəmana,mərd baxişa aman verməz imansizlar. Qirdiğimiz dişlərini zaman-zaman şaqqildadan Qan tökməyən,baş kəsməyən imkansizlar... Elə bilmə o dəhşətli yanğin bitti,batdi,getdi. Hələ durur davam edir 37 O,yaşayir,qorxularda,hürkülərdə "-Bəlkə bir də qaytarildi" Vicdanlaribasib yeyən ləkələrdə,kölgələrdə. Nə qədər ki,bu milləti 70yerə bölənlər var, Nə qədər ki,rütbə üçün,şöhrət üçün ölənlər var Nə qədər ki,kabineti,vəzifəni gözlərinə təpənlər var, Tiranlarin yambizini biz az altdan öpənlər var, Nə qədər ki,istedadi addim-addim pusanlar var, Xalq dərdini hayqirmağin əvəzinə əqrəb kimi susanlar var. Nə qədərki,iş başinda bunca çüt baş,kəmsavad var. Düz yüz min didərgindən heç nə yazmaz mətbuat var. Nə qədər ki,başçi olur başsiz canlar, Bir millətin mənliyini talam-talam talayanlar, Nə qədər ki mənə əxlaq dərsi verir Fərarilər,boşqab dibi yalayanlar, -Demokrati! -Aşkarlama!-deyə-deyə boğaz yirtir...bu sürülər,zurnaçilar.şeypurçular, Bu qdər ki cəzasizdir Xankəndində evlər yixan,ürək yixan yirticilar, Davam edir 37- Daha kəskin,daha ciddi! Nə qədr ki,xalq şairi,xalqa yaddir, Nə qədr ki,rütbəlilər mütləq dahi istedaddir, Nə qədər ki,yollananlar harda aşdir,orda başdir, Nə qədr ki,erkən duran,axşamacan kətmən vuran....analarin döşü südsüz,gözü yaşdir, davam edir 37-daha kəkin,daha ciddi. Dİqqət!Diqqət Qapamasin gözlərini haray-həşir,çiğir-bağir. Qəzetləri lal eləmək xalqi lal etməkdən ağir... Ruhun hələ ölməmişsə hayqir-bağir: Nə qədər ki sixib məni limon kimi sümürən var, Sümüyümü gəmirən var, Nə qədər ki, Bakimizapüskürülür ölüm tozu, Təyyarələr zəhərləyir o kalxozu,bu savxozu, Nə qədər ki,çocuk qani pestisidlə mayalanir, Asimiza qatir alçaq yüz fitnəni,min yalani Nə qədər ki Ovçarenko dəstəkləyir Balayani, Milli Kəda Boravini,Ağanbekyan min ilani... Nə qədr ki qanimizda qan sorucu min gənə var Mənim isti sözlərimə soyuq baxan biganə var O xəyanət sanma bitdi Davam edir 37 O cinayət,davam edir 37 Mən şeirim,mənim qanim cinayətlə dava edir. Bir haldaki davam edir 37 Qorx ki bir gün Vətən deyə: Xəlil balam qurbanım getdi.
Yazar:
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
Tahmini Okuma Süresi: 14 sa. 58 dk.Sayfa Sayısı: 528Basım Tarihi: 1992Yayınevi: Gənclik Nəşriyyatı
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.