Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dinlə Məni

Məsudə Cabbar

Dinlə Məni Sözleri ve Alıntıları

Dinlə Məni sözleri ve alıntılarını, Dinlə Məni kitap alıntılarını, Dinlə Məni en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Uğursuzluq yaşamısan? Rədd elə getsin.. Yıxılmısan? Gül və ayağa qalx! Sevilmirsən? Daha çox sev! Ağlayırsan? Daha möhkəm hönkür.. Amma sonra qalx və makiyajını təzələ!
Reklam
-necə kömək edə bilərəm? -söhbət edərək.. -səni tanımıram.. -söhbət də elə tanımaq üçündür də..
Hansısa xəstəliklə vəya porblemlə savaşarkən siqaretə üz tutan insanların bu hərəkətləri dənizin dərinliyində boğulan birinin hansısa bir yerə tutunmağa çalışaraq çırpınmasına bənzəyirdi.
Sayfa 181 - Bakı–2018Kitabı okudu
Xatirələr... Xatirələrin ən gözəl yanı onlara istədiyiniz zaman qayıda bilməyinizdir. Heç kim onları sizdən ala bilməz, sizə qarşı çıxa bilməz... Çünki əgər xatirələr dəyişibsə, onlardan əvvəl sən dəyişmisən deməkdir.
Bu danılmaz həqiqətdir ki, ölüm xəbərləri illər əvvəlkinə nəzərən günümüzdə öz sarsıdıcılığını nisbətən itirib.Artıq insanlar bu kimi xəbərlər eşidərkən iç çəkmir, bəzən üz ifadələri belə dəyişmir..
Sayfa 157Kitabı okudu
Reklam
“Sevgi ilə qurulan evliliyin nazilsə də qopmayan müqəddəs ipləri…”
Bəzi anlar olur ki, kədər keçdiyin yolların üzərində sayısız tələlər qurur. Və sən çox gözəl bilirsən ki, o tələlərə bircə dəfə aldansan, yəni çətin vəziyyətə düşən zaman bircə dəfə ağlasan bunun sonunu gətirə bilməyəcəksən..Çünki kədər bəzən xoşbəxtlikdən çox daha güclü ola bilir.. İnamsızlıq sığdırır içinə, xəstəlik sığdırır, təklik, yuxusuzluq, məğlubiyyət sığdırır..
“İnsan hər zaman ölümün yad adamlar üçün var olduğunu düşünür,nədənsə..Nə özünə yaraşdırır,nə sevdiklərinə…”
Haqlı idi, bizə susmağı öyrədirdilər. Valideynlərimizə dinlə bağlı sual verəndə bizə göz ağardırdılar. "Günahdır, belə sözlər danışma.!" Dövlət haqqında sual verəndə göz ağardırdılar. "Danışma, təhlükəlidir.!" İnsanlar haqqında sual verəndə göz ağardırdılar. "Danışma, ayıbdır.!"
236 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.