Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dumanlı Təbriz

Məmməd Səid Ordubadi

Sözler ve Alıntılar

Tümünü Gör
"Sevgi xəstəlikdir. Bu xəstəlik öz dövrünü keçirməyə məcburdur. Onu heç bir dərman yarı yoldan qaytara bilməz. O müəyyən bir vaxta qədər bütün ağrı-acısı, zövqü və nəşəsi ilə davam etməlidir".
-Rusca danışma. Müstəmləkə xalqının hakim millətləri görməyə gözü yoxdur. Mümkün olduqca rusca danışmağı burax. Şərqlilərin rusları görəcək gözləri yoxdur. Sən bilirsənmi biz haradayıq? Rusların xalqı son köynəyinə qədər soyduğu bir yerdə!
Reklam
Əsərdəki canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir. Bu kimi əsərlər qəhrəman yetişdirir. Nə sənət sahibi olursan ol, bunlar sənə təcrübə verər!
Çünki qəhrəmanlar yalnız az qüvvənin içərisindən çıxır, qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin içərisindən çıxar.
Vicdanən yoxsul olmaqdansa, məişətcə yoxsul olmaq daha yaxşıdır.
#təbriz
Abbasilər dövründən bəri Azərbaycanın paytaxtı olan bu şəhərdə Şərqin məşhur alimləri, həkimləri, filosofları, yazıçı və şairləri toplanmışdır. Təbrizdə Şərq tarixinə zinət verəcək simalardan Baba Fərəc, Baba Həsən, Xacə Ziyaəddin, Hüseyn Bolğari, Nuru, Xaqani, Zahirəddin Fariyabi, Xacə Məhəmməd Gəcücanlı və bir çox türk, fars və ərəb alimləri dəfn olunmuşdur. Otuz böyük kəndin arasında bina edilən və bağları bir-birinə qarışan bu böyük şəhəri Səhənd dağından axıb gələn Nehranrud çayı sulamaqdadır. İki yüzə qədər karvansara , on doqquza qədər böyük came , iyirmi bir hamam, bişmiş kərpiclə örülmüş on beş minə qədər dükan yerləşən bu şəhər doğrudan da zəngin və səfalı bir şəhərdir.
Reklam
"Kimlərin casus olduğunu bilsən, öz millətinə ölüncəyə qədər nifrət edərsən "
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.