Elçibəy belə deyirdi kitabının ikinci hissəsində Azərbaycan Respublikasının ikinci Prezidenti Əbülfəz Elçibəyin 1993-1994-cü illərdə verdiyi müsahibələr, müraciətlər, məqalələr və çıxışlar toplanıb. Kitabda Əbülfəz Elçibəyin prezidentlik dövründə verdiyi fərman və sərəncamlar da yer alır. Bundan əlavə, Elçibəyin nə üçün Kələkiyə getdiyi, həyata keçirdiyi islahatların mahiyyəti və xarici dövlətlərə qarşı münasibəti haqqında da geniş məlumat alacaqsınız.