Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

II Hissə (1993-1994)

Elçibəy Belə Deyirdi

Ebulfez Elçibey

Elçibəy Belə Deyirdi Gönderileri

Elçibəy Belə Deyirdi kitaplarını, Elçibəy Belə Deyirdi sözleri ve alıntılarını, Elçibəy Belə Deyirdi yazarlarını, Elçibəy Belə Deyirdi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
... Sonra da dünyaya bəyan edəcək ki, mən burada 10 il oturmalıyam ki, buranı qaydaya salım. Qarabağ münaqişəsini başlayan da Rusiyanın kəşfiyyat orqanları olub. İndi onlar sülh yaradacaqlar? Bu, heç bir sağlam məntiqə sığmır.
Sayfa 190
Bir dövlətin hakim qüvvəsinin aldığı şər (çünki şər qüvvələrdən güc alır), satdığı yalan, dediyi böhtandırsa, o hakimiyyətin gələcəyi yoxdur.
Sayfa 187
Reklam
Şərin ömrü az olar, ancaq o, çox böyük zərər verər.
Sayfa 27
Bu dövləti gənclər qoruyacaq və onlar da qorumalıdır. Çünki bu dövlətin qurulması və möhkəmlənməsi, məhz onların sabahkı mövcudluğu və fəaliyyəti üçün gərəkdir. Azərbaycanın gələcək uğurları bizim yeniyetmələrin, gənclərin iradəsi hesabına həll olunacaq.
Sayfa 21
Əqidəsinə, dünyagörüşünə görə eyni xalqın övladları bir-birinə düşmən kəsilməməlidir.
Biz hamıya bəyan etmişik ki, Azərbaycan tam müstəqil siyasət yürüdür, bu, bizim yolumuzdur. Ola bilsin ki, bu yolla gedəndə məğlub olduq. Amma bir şey var ki, bizim bir illik fəaliyyət tariximizi araşdıranlar görəcəklər ki, biz heç bir quruma satılmamışıq və Azərbaycan azadlığını heç kimə qurban verməmişik. Bizim etdiklərimiz ola bilsin ki, siyasətdə səhvdir, ancaq azadlıq yolunda səhv deyil.
Sayfa 108
Reklam
"Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil, Gör kimə tabe olmusunuz, sizə mövla kim idi? (Seyid Əzim Şirvani)
Sayfa 92
Özü öz içində azad olmayan şəxs heç kimə azadlıq verə bilməz.
Sayfa 48
AXC cəmiyyətdə elə şəraitin yetişməsini istəyir ki, xalq dövlətin taleyinin ondan asılı olduğuna inansın. Elə etməliyik ki, xalq deyə bilsin: "Səs verərəm hökumət qurular, səs vermərəm dağılar".
Sayfa 48
Dövlət sevgisi olmasa, bu millət xilas ola bilməyəcək. Dövlət, parlament millətin şərəfidir. Dövlət bir bütdür, dövlət məbəddir. Fərdlər isə gəlib gedəcək. Bu gün biri prezident olacaq, sabah o birisi... Prezident haqqında, parlamentdəki deputat haqqında tənqid söyləmək olar, amma "bu parlamenti, dövləti dağıdacağam" demək olmaz! Bu psixologiyanı atmalıyıq, dövlət quruculuğu deyə-deyə dövlət qura bilməyəcəyik. Dövlət möhkəm intizam içində qurulur.
Sayfa 46