Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Eyni Ulduzun Altında

John Green

Eyni Ulduzun Altında Gönderileri

Eyni Ulduzun Altında kitaplarını, Eyni Ulduzun Altında sözleri ve alıntılarını, Eyni Ulduzun Altında yazarlarını, Eyni Ulduzun Altında yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Su-səhranın ortasında Allahın bəxşişi, okeanın ortasında şeytanın qəhqəhəsi...
Sayfa 335Kitabı okudu
Reklam
Elə oradaca başa düşdüm ki, dəfn mərasimləri,dualar dirilər üçündür.
Sayfa 294Kitabı okudu
Bu şəhərə, bu insanlara, bu yollara, səni mənə imkansız edən hər şeyə çox küskünəm xəbərin olsun.....
İnsanlardan çok kitaplara sığınmak geldi içimden, çünkü onlar bırakıp gitmezler..
-Səni sevirəm, - deyə pıçıldadı. - Aqust, - dedim. -Sevirəm, - dedi. Mənə baxırdı və göz qapaqlarının necə qırışdığını açıq-aşkar görə bilirdim. - Səni sevirəm və həyatda doğruları deməyib adi bir zövqdən özümü məhrum etməyə meyilli bir insan deyiləm. Səni sevirəm və bu sevginin dünyanın boş qaranlığında əks-səda verən bağırtıdan savayı bir şey olmadığını, bu dünyada unudulmağa məhkum olmağımızı, hamının ölümlülüyünü, bütün cəhdlərimizin bir gün heçə çevriləcəyini, günəşin dünyanı udacağını bildiyim halda səni sevirəm. - Aqust, - deyə yenə təkrarladım. Ancaq deməyə söz tapa bilmirdim. Mənə elə gəlirdi ki, qəlbimdə hər şey bir anın içində qabarmağa, böyüməyə başlayır və mən bu xoş duyğuların içində boğuluram, ancaq bunu qətiyyən dilimə gətirə bilmirdim. Heç nə deyə bilmirdim. Əlimdən yalnız ona baxmaq gəlirdi. Ta ki başını yelləyib dodaqlarını büzəndən sonra üzünü pəncərəyə çevirənə qədər...
Sayfa 170Kitabı okudu
Reklam
Əslində, Şekspir dini məzara basdırdığı kişiyə aid çox şey haqqında danışıb. (Fikir verirsən, biz ədəbiyyat haqqında danışanda cümlələri indiki zamanda istifadə edirik. Halbuki ölülər haqqında qətiyyən indiki zaman formasında danışılmır). Əslində, itirdiklərimiz haqqında yazaraq onları əbədiləşdirmirik. Dil onların hər birini dəfn edir və qətiyyən sonra yenidən canlandırmır.
Sayfa 127Kitabı okudu
Axı mən həqiqi sevgiyə inanıram. Məncə, hamının gözünün olması və ya heç kimin xəstə olmayacağı deyilən bir şey yoxdur, sadəcə, hər bir insan həqiqi sevginin dadına baxmalıdır. Və bu sevgi insanın ömrünün sonuna qədər davam etməlidir.
360 syf.
8/10 puan verdi
·
13 günde okudu
Kitab da xərçəng xəstəliyinə mübtəla olmuş iki gəncin sevgisindən bəhs olunur. Kitab da bu xəstəliyə qarşı necə mübarizə aparmalı, əzimkar olmalı kimi ifadələrə də yer verilib. Kitab da əsas diqqətimi çəkən və məni duyğulandıran hissəsi isə- Hazelin "Möhtəşəm əzab" romanını oxuması və romanın da baş qəhramanın xərçəng xəstəliyinə məğlub olması və kitabın bunlada bitməsi idi. Halbuki kitab yarımçıq yazılmışdı. Kitabın sonluğunun necə olduğunu bilmək istəyən Hazel sevdiyi oğlan Aqustla birlikdə Amsterdama yola düşür, həmin yazıçı ilə görüşürlər. Bu görüş gənclər üçün üzücü olur, onların təsəvvüründə yaratdıqları yazıçı kimi deyildi, tamamilə içki düşkünü olan bir adamla rastlaşırlar və məyusluq yaşayırlar. Kitab haqqda çox danışmaq istəmirəm, sonluq gizli qalsa yaxşıdır, oxumaq istəyənlərə isə tövsiyyə edirəm.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523,2bin okunma
Əzab eynilə ipək parça kimidir, möhkəm olduqca qiymətə minir.
Sayfa 326Kitabı okudu
Reklam
18-ci bölüm
" Mən Aqustu görməyə gedirəm. Çox vacibdir. Üzrlü sayın. Hörmətlə H".
Sayfa 282Kitabı okudu
-Hərçənd ki, insanlar bir müddətdən sonra həyatda gördükləri gözəlliklərə adətkar olurlar.
Sayfa 194Kitabı okudu
O isə heç olmasa bircə dəfə də olsa, "əbə- diyyən" demədi. Bir də axı bu sözü demək məsuliyyət tələb edir. Axı insan verdiyi sözdən necə boyun qaçıra bilər? - Əşi, elə məqamlar olur ki, insanlar verdiyi sözlərin nə məna daşıdığını da başa düşmür, – dedim. İsak cəld gözlərini mənə zillədi. - Hə, ancaq yenə də verdiyin sözü yerinə yetirməyə çalışırsan. Sevgi belə bir şeydir. Eşq insanın bütün maneələrə baxmayaraq verdiyi sözü yerinə yetirməsi deməkdir.
Əzabın əsas məğzi budur,- dedi və gözlərini mənə zillədi.- Bütün əzablar hiss edilməkdən zövq alır.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.