Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fərqlilər

Dilqəm Əhməd

En Eski Fərqlilər Gönderileri

En Eski Fərqlilər kitaplarını, en eski Fərqlilər sözleri ve alıntılarını, en eski Fərqlilər yazarlarını, en eski Fərqlilər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yolayrıcı
Usta Sadıq böyük oğlu Əbdüləliyə öz sənətini öyrətsə də Şəfinin oxumaq həvəsini görüp onun ruhani kimi yetişməsini istəyib. Şəfi ilk təhsilini Gəncə mədrəsəsində alır və fars və ərəb dillərini öyrənir
Yolayrıcı
Bodenşted xatirələrində yazır: Tiflisə gələndə məni hər şeydən əvvəl tatar dilini öyrənmək məsələsi düşündürürdü. Qafqazdakı insanlarla əlaqə üçün bu dil vacib idi. Xoşbəxtlikdən axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, Gəncəli Mirzə Şəfi idi
Reklam
Yolayrıcı
Mirzə Şəfi həmçinin türk dili ilə bağlı da mühüm iş görür. O Tiflisdə tanınmış ziyalı Qriqoyevlə birlikdə ilk türk dərsliklərindən olan Kitabı-Türki yazır.
Yolayrıcı
Əlifba Islahatı Axundzadənin tək başına görə biləcəyi bir iş deyildi. Bu rəsmi səviyyədə həll olunmalı idi və o dövr İslam dünyasının ən güclü imperiyası Osmanlı dövləti idi. Ona görə də Osmanlı sarayına doğru yola düşür
Yolayrıcı
Axundzadə hazırladığı əlifba dəyişikliyinin natamam forması ilə 1863-cü ildə İstanbula ayaq basır və xarici işlər naziri Əli paşanın evinə gedir.
Rusiya Şərqşünaslığının patriarxı
Missionerlərdən biri Kazım bəy haqqında hər məqaləsində yazırdı: Əvvəllər o xristianlığı müdafiə üçün söylənən hər sözü şiddətlə rədd edirdi. Bəzən çok qəzəblənirdi, öz hissiyatına tam sərbəstlik verərək bizim söylədiyimiz müqəddəs ada qarşı mürtədcəsinə danışırdı.
Reklam
Rusiya Şərqşünaslığının patriarxı
Mirzə Kazım Bəy böyük sarsıntılar içində dolaşır. Missionerlər dünyada xristianların çok olması ilə bağlı ona rəqəmlər göstərir, xristian dövlətlərinin güclü olmasını, dinlərini yaymaq üçün necə böyük cəfa çəkdiklərini Məhəmmədəlinin beyninə yeridirlər. Məhəmmədəli böyük şübhə içində İncili yenidən oxuyur. MƏN ONU BİR MÜSƏLMAN, BİR XRİSTİAN KİMİ YOX HƏQİQƏT AXTARAN BİRİ KİMİ OXUYURAM. Nəhayət, Kazım bəy 1823-cü ildə iyulun 11-də xristianlığın presviterian qolunu qəbul edir, Aleksandr adını götürür.
Rusiya Şərqşünaslığının patriarxı
Məhəmmədəlinin başına gələnlər çar Rusiyasının ingilis missionerlərə qarşı siyasətini dəyişdirməyə məcbur edir. 1825-ci ildə missionerlər Rusiyanı tərk etməli olur. Məhəmmədəli isə Sibirə-Omsk şəhərinə sürgün edilir. Xoşbəxt təsadüfdən o, yolda xəstələnir, Kazan şəhərində qatardan düşməli olur. Vaqondan düşməli olur və vaqonda tanış olduğu adamlardan biri ona məşhur alim, doktor Fuksun yanına getməyi məsləhət. bilir.
Rusiya Şərqşünaslığının patriarxı
Onlar Məhəmmədəlinin istedadını görüp sürgün qərarını ləğv etdirməyə çalışırlar. Başda M.N.Musin-Puşkin olmaqla, Maarif Nazirliyindən onun sürgün qərarının geri götürülməsi, Kazan universitetində qalaraq şərq dilləri lektoru kimi çalışmasını xahiş edirlər. Bütün bunların səbəbi Məhəmmədəlinin yüksək intellekti, bir neçə xarici dil bilməsi idi. 1826-cı ildə Məhəmmədəli şərq ədəbiyyatı və türk dili rektörü vəzifısinə qəbul edilir.
Əhməd bəy Ağayev
Şuşa mühiti Avropa təhsili alan Əhməd bəyin idealarını həyata keçirməsi üçün imkansız idi.
Sayfa 113Kitabı okudu
49 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.