Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fərqlilər

Dilqəm Əhməd

Fərqlilər Gönderileri

Fərqlilər kitaplarını, Fərqlilər sözleri ve alıntılarını, Fərqlilər yazarlarını, Fərqlilər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz.
Qadını sevmək
Qadına nə qədər qəlblə bağlansan, bir o qədər onu yaxından tanıyar , öyrənərsən . Yaxşı tanıdıqdan sonra bir o qədər də çox sevirsən və nə qədər onları çox sevirsən, bunun əvəzində, bir o qədərdən də artıq onlar səni sevirlər . Çünki əsl məhəbbətə onlar qarşılıqlı cavab verir
Mirzə Şəfi Vazeh
Reklam
Vaxt var idi biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!
Sayfa 10
"Bədbəxt türklər! Böhtan, kizb və iftira altında qol çalan türklər! Biinsaf və bimürvət və bivicdan mühərrirlər qələminin oynağı olmuşsunuz. Hər əli qələm tutan sizin barənizdə bir iftira yazmasa, olmaz! Əcǝba buna səbəb nədir? Qafqaz iğtişaşıdırmı? Elə isə, genǝ bədbəxt türklər...".
Sayfa 177 - TEAS Press - 2018Kitabı okudu
"Sən bizimsan, bizimsan, durduqca məndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" Əmin Abid - Gültəkin
Sayfa 171 - TEAS Press - 2018Kitabı okudu
"Türkün yurdu türk tarixində bir çox 27 nisanlar yaşamış, lakin heç vaxt idealını qeyb etməmiş, istiqlaliyyətini unutmamışdır". Əhməd Cəfəroğlu
Sayfa 163 - TEAS Press - 2018Kitabı okudu
Reklam
"Bizə fədai lazımdır! Türk hissiyyatli, islam etiqadlı, Avropa qiyafəli fədai!". Əli bəy Hüseynzadə
Sayfa 129 - TEAS Press - 2018Kitabı okudu
"Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir". Əhməd bəy Ağaoğlu
Sayfa 119 - TEAS Press - 2018Kitabı okudu
"Azərbaycanın ilk qadın müəllimləri"
Beləliklə, 1901-ci il sentyabrın 7-də məktəb fəaliyyətə başlayır. Məktəbin açılışında iştirak edən Topçubaşov deyir: "Gələcək tarixçi bu hadisəni müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır". Jurnalist Əhməd Ağaoğlu yazır: "İndən belə müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını sapmək imkanı qazanacaqlar. Onlar gələcək nəsillərə inkişaf, yaxınlarına, xeyirxah insanlara sevgi təlqin edəcək ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur".
Sayfa 101 - TEAS Press - 2018Kitabı okudu
Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər ziyalılar kimi Ömər Faiqi də hiddətləndirirdi: "Ey qafqazlı türk, sən çoxdan islamın qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib, təkcə müsəlman olmaq xəyalına düşmüsən".
Sayfa 97 - TEAS Press - 2018Kitabı okudu
Reklam
Ömər Faiq yazırdı: "Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz"
Sayfa 92 - TEAS Press - 2018Kitabı okudu
"Bütün düşüncələrin dini mövhumata, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid va qayğıların cənnət və cəhənnəmə, bütün xəyalların köhnəliyə bağlandığı vaxtda bir məmləkətdə ilk açılan milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.
Sayfa 89 - TEAS Press - 2018Kitabı okudu
- Mirzə Fətəli, elmi öyrənməkdə məqsədin nədir? - Ruhani olmaq istəyirəm. - Demək, riyakar və şarlatan olmaq istəyirsən. Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get".
Sayfa 8 - TEAS Press - 2018Kitabı okudu
"Patriarx"
Mirzə Kazım bəy böyük şübhə içində "İncil"i yenidən oxumağa başlayır: "Mən onu bir müsəlman, bir xristian kimi deyil, həqiqət axtaran bir adam kimi oxuyurdum".
Sayfa 25 - TEAS Press - 2018Kitabı okudu
·
Puan vermedi
Kitab Azərbaycan Cümhuriyyətinin mühüm nümayəndələrindən Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, sənət dünyasının tanınmışlarından, həmçinin siyasətdə sözünü demiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım, Üzeyir Hacıbəyli kimi şəxslərin həyatından mühüm faktları, fraqment və fotoları oxucuya təqdim edir. Yazıçı bizi çar zindanlarda baş verən vəhşiliklərin şahidi edir, sanki bilmirsənsə xəbərdar ol, bilirsənsə xalqımızın nələr yaşadığını əsla unutma deyir. Sözü gedən kitab vasitəsilə şərqşünas alimimiz Mirzə Kazımbəyin, Bakının xilasında xüsusi əməyi olan Nuru Paşanın həyatı ilə tanış olub, "Molla Nəsrəddin" jurnalının ərsəyə gəldiyi o çətin dönəmlərə səyahətə çıxırıq. Kitabın irəliləyən səhifələrində vətən, maarif, azadlıq yolunun fədailəri olan qadınlarımızın ağrılarına şərik olur, mübarizələrini həyəcanla oxuyuruq.
Fərqlilər
FərqlilərDilqəm Əhməd · Teas Press Nəşriyyatı · 201538 okunma
48 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.