İtkin Gəlin 2. Kitab

Əfsanəsiz İllər

Alibala Hacızade

En Beğenilen Əfsanəsiz İllər Sözleri ve Alıntıları

En Beğenilen Əfsanəsiz İllər sözleri ve alıntılarını, en beğenilen Əfsanəsiz İllər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Düşünürdü ki, dünyada bədbəxt qadın yoxdur, ağılsız, tədbirsiz qadın var! Yalnız ağılsız və tədbirsiz qadınlar bədbəxt olurlar, bunun da günahı onların özündədir.
Sayfa 185Kitabı okudu
Adəti biz insanlar özümüz yaradırıq və sonra da, qanımıza-canımıza işləyəndən sonra da əsiri olub qalırıq, ha çabalayırıq zəncirini qıra bilmirik.
Reklam
Əsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni. Ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!..
insanın yaşamağını demirəm- bu hamıya məlumdur-ölümü də mənalı olsun, gözəl olsun. Yersiz, məqsədsiz ölümlər, boş yerə atılmış güllələrə bənzəyir
Sayfa 222Kitabı okudu
Deyirlər, vaxtsız vədəsiz məhəbbət oda bənzər, hara düşsə, yandırıb kül edər.
Sayfa 253Kitabı okudu
Qanlı taxt-taclar
Bəli, hər ikisinin ən müqəddəs arzusu bu vətənin, bu torpağın, bu xalqın səadətə çıxması uğrunda aparılan mübarizənin uğurla nəticələnməsi idi. Bu yolda hətta ölüm qorxusu da onların gözünə görünmürdü. Bəbir cavan idi, hələ taxt-tacın qan üstündə dayandığını, insan sümüklərinə söykəndiyini nəzəri cəhətdən çox yaxşı bilsə də, əmələn görməmişdi, təsəvvür eləmirdi.....
Geri14
46 öğeden 41 ile 46 arasındakiler gösteriliyor.