Monoqrafiya dahi rus humanisti F.M.Dostoyevskinin, bədii irsinin
Azərbaycanda öyrənilməsinə həsr olunmuşdur. Kitabda F.M.Dostoyevski
yaradıcılığının Azərbaycanda XX əsrin əvvəllərindən XXI əsrin əvvəllərinədək olan zaman kəsiyində tədqiqi tarixi araşdırılır, Azərbaycan və rus
dillərindəki tədqiqatlar təhlilə cəlb edilir, realist yazıçının əsərlərinə müxtəlif dövrlərdə fərqli nöqteyi-nəzərdən yanaşıldığı aşkarlanır, onlar dövrləşdirilərək, təsniflləşdirilir.
Tədqiqat Azərbaycan ədəbiyyatşünasları və dostoyevskişünasları,
həmçinin müəllim, magistr və tələbələri, eləcə də peşəkar tədqiqatçılar
üçün nəzərdə tutulmuşdur.