Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gece Yaman Uzundur

Kamran Nəzirli

Gece Yaman Uzundur Hakkında

Gece Yaman Uzundur konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
0/10
0 Kişi
4
Okunma
Beğeni
188
Görüntülenme

Hakkında

Çağdaş Azerbaycan edebiyatının önemli isimlerinden Kamran Nezirli, Gece Yaman Uzundur diyerek okurlarını selamlıyor. Kâh okurla konuşarak kâh kendini hikaye anlatmanın coşkusuna kaptırarak! Sevginin doğasına eğilen Nezirli’nin öyküleri dünyanın dört bir tarafından doğarak tek kaynakta birleşir. Satırlar arasında dolaşırken coğrafyanın genişlediğine, farklı dillerin konuşulduğuna, birbirinden ilginç yaşamlara şahit olacak fakat insan doğasının nadiren şaşırttığını heyecanla fark edeceksiniz. Ömrünün sonlarına yaklaşan Lidiya İvanovna’nın esrarengiz hikâyesi vârislerini şaşırtırken Sovyet kozmonotunun yolculuğunu da bir çocuğun gözlerinden izleme şansı bulacaksınız. Eserleri pek çok dile çevrilen, oyunları onlarca sahnede sergilenen, pek çok dünya klasiğini Azericeye kazandıran Kamran Nezirli, dünyayı tek bir kara parçasına çeviren sanatçılardandır. Böylece okuru “dünya” olan öykülerinde insanın ve sevginin doğasına eğilerek herkesin kendisinden pek çok şey bulacağı bir evren kurar.
Çevirmen:
İmdat Avşar
İmdat Avşar
Tahmini Okuma Süresi: 4 sa. 18 dk.Sayfa Sayısı: 152Basım Tarihi: 1 Nisan 2023Yayınevi: Ketebe Yayınları
ISBN: 9786256999763Ülke: TürkiyeDil: TürkçeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Kamran Nəzirli
Kamran NəzirliYazar · 0 kitap
Azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016), filologiya üzrə fəlsəfə doktoru (2004). Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Azərbaycanın Astara rayonunda müəllim ailəsində anadan olmuşdur. Atası İsmayıl Nəzirov (1931-2010)-tarixçidir, uzun müddət komsomol, partiya və sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır. Anası Abiyeva Rəfiqə Əmir qızı (1933-1976)-fizikdir, şəhər məktəbində müəllim işləmişdir. K. Nəzirli M.Ə. Sabir adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə ingilis və Amerika ədəbiyyatı nümayəndələrinin bir çox əsərlərini orijinaldan dilimizə çevirmiş və Azərbaycan mətbuatında dərc etdirmişdir. Həmin illərdən başlayaraq mətbuatda publisistik məqalə, oçerk, hekayə və tərcümələri ilə çıxış edir. Ənvər Rza, Allahverdi Tağızadə, Zeydulla Ağayev, İsmixan Rəhimov, Asif Əfəndiyev, Ağacavad Əlizadə, Qılıncxan Bayramov kimi görkəmli pedaqoq, alim və yazıçıların dərnəklərində iştirak etmiş, Bakı ədəbi mühiti ilə yaxından tanış olmuşdur. 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirmişdir. Ayrı-ayrı illərdə "Sovet kəndi" (1984-1987) qəzetində, Azərinformda (1987-1989), Azərbaycan KP MK aparatında (1989-1991), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində (1991-1995), beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində (1996-2000), Pakistan İslam Respublikasında (1993-1994), Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi (2001-2009)və s. müxtəlif vəzifələrdə çalışmış, bir sıra müstəqil qəzetlərin, habelə "Ədalət", "7 gün", "525-ci qəzet"in redaktoru və köşə yazarı olmuşdur. Dilçilik üzrə 1 monoqrafiyası, onlarca elmi-ədəbi məqaləsi, dünya ədəbiyyatına və sosiologiyaya dair elmi əsərləri dərc olunmuşdur. Filologiya elmləri namizədidir. H. Zərdabi mükafatı laureatıdır (1999), "Komada olan adam" kitabı Milli Kulturoloji Mükafat alıb – Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən "2007-ci ilin nəsr kitabı" (2008) elan olunub. Rəsul Rza adına ədəbi mükafatın laureatıdır (2016). AYB XI qurultayında AYB Gənclər Şurasına üzv seçilmişdir. ABŞ, Türkiyə, Hollandiya, Koreya, Özbəkistan, Belarus və Ukraynada müxtəlif ədəbi almanax və jurnallarda hekayələri işıq üzü görüb. Azərbaycan mədəniyyətini və ədəbiyyatını müxtəlif festival və simpoziumlarda təmsil etmişdir. Kamran Nəzirli Azərbaycanda Milli Kitab Mükafatına namizəd göstərilmiş 10 ən yaxşı müəllif siyahısına düşmüşdür. "Dünya ədəbiyyatı kitabxanası" seriyasından olan "Heç kim heç vaxt ölmür" toplusuna K. Nəzirlinin müxtəlif illərdə ingiliscədən dünya ədəbiyyatı nümunələrindən tərcümə etdiyi əsərlər yer almışdır. Bu topluya görə 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2016-cı ildə Minskdə keçirilən MDB ölkələrinin beynəlxalq “Rodnoy dom” (“Doğma ev”) ədəbi müsabiqəsinin nəsr nominasiyası üzrə Qrand-Pri mükafatına layiq görülüb. 2018-ci ildə Ədəbiyyat üzrə "Humay" mükafatı laureatı adına layiq görülüb. Evlidir, üç övladı var.