Bəzilərinin çoxluq üzərində üstünlüyü vəhşiliyin ən arxayın və qaçınılmaz əlamətidir.Görmürsünüz ki, ölümcül xoşbəxtliyin əsas şərti fərdlər arasında mübarizənin və rəqabətin yox olması ilə tamamlanır?!
İnsan kimi sonu ölüm olan varlıq Sonsuzu müəyyən edə bilməz, — ev sahibim belə mülahizə irəli sürürdü. — O, ilahilik ideyasını mənimsəyir,nəticədə ilahiliyi özündə ehtiva edir.
"Başqa etiraz edəsi bir şey qalmadı ki?"
Kişi etirazını kəsib imperatorun sualına cavab verir:"Yox,Sezar,on legiona ağalıq edən adamla mübahisə etmək olar?"
Mənəvi baxımdan elə bərabər səviyyədədirlər ki,aralarında heç biri özünü daha müdrik,üstün saymır.Əgər birinin hər hansı səhvi və ya zəifliyi varsa,deməli, digərinin də var.Həqiqətən də, qeyri-adi həyat tərzi sürürlər.
-Bir az da səninlə qalacağam.Ta ki sən "get,daha sənə ehtiyacım yoxdur" deyənə qədər buradan ayrılmayacağam.
-Kaş ki sən mənim irqimdən olardın,ya da mən səninkindən, onda mən heç vaxt sənə "daha sənə ehtiyacım yoxdur" deməzdim.