Sözler ve Alıntılar

Tümünü Gör
Ölümdən uzağa yol yoxdur. Uzağı öləcəkdim.
Insan ne zaman boyuyurdu goresen...
Reklam
....Bir çoban qoyun otarmaqdan, əkinçi yer şumlamaqdan bezmədiyi, şikayətlənmədiyi kimi biz də döyüşməkdən bezmədik. Xaqanımız öndə, biz çeriləri ardınca Türk xaqanlığının istiqbalı üçün qan tökdük... Qanımızı tökdük. Tanrı bizə qutsal bir vəzifə vermişdi. Nə çoban, nə əkinçi olmamışdıq. Heç tacir də deyildik. Bizlər Tanrının qılıncı olan Türk savaşçıları idik. Tanrı bizi yer üzünə nizam intizamı qorumağa göndərmişdi. Biz yolunu azan millətlərin cəzası, köməksiz xalqların ümidi olmuşduq. Tarix hər şeyi yazdı, Türkün dövlətsiz olduğunu, əsir olduğunu heç vaxt yazmadı. Bəzən dövlətimiz dağıldı, millətimizi yox etmək istədilər. Bir üsyanla özümüzə qayıtdıq. Bizi elə bizim əlimizlə yox etmək istədilər. Döyüşdüyümüz, bir-birimizin qanını axıtdığımız zamanlar da oldu. Lakin qardaş qanı, qardaşımıza olan kinimiz əbədi olmadı.Biz dövlət qurduq, onlar yıxdı... Yaşayan əbədi olmadı.Ən gözləmədikləri zamanlarda bir olub imkansızı bacardıq. Yaşayan hər bir Türkün dövlət olduğunu, tək bir Türk obası var olacaqsa, Türkün dövlətsiz qalmayacağını bütün dünyaya göstərdik. Aradan on illər, yüz illər keçsə də qisasımızı qiyamətə qoymadıq.
Sevgini nəyə bənzətmək olardı, görəsən. Bu suala min illərdir, yəni dünya var olduğundan, insan oğlunun ürəyinə sevgi atəşi düşdüyündən bəri demək olar ki, hər kəs cavab axtarır. Kimi gülə, kimi çiçəyə, başqa biri bülbülə bənzətdi. Hətta oda, pərvanəyə bənzədənlər də oldu. Hər kəs də özünə görə haqlı idi əslində. Şairlər üçün sevgi ən çox gülə, pərvanəyə, rəssamlar üçün rənglərə, memarlar üçün ehtişamlı binalara bənzəyirdi. Və döyüşçülər üçün isə sevgi ən çox döyüşməyə, savaşa bənzəyirdi. Əslində elə sevgi ən çox müharibəyə bənzəyir. İki insan arasında olan qansız bir savaş. Ancaq cəsurlar döyüşdən və sevgidən qorxmur. Qorxaqlar isə sevgisiz yaşamağa məhkumdur. Savaşaraq məğlub olanlar nə zamansa özlüyündə yenidən savaşmaq üçün güc tapır, lakin heç savaşmadan məğlubiyyəti qəbul edənlər bir daha heç vaxt savaşacaq gücü özündə tapmir.
Tanrım, mənə bir qılınc ver, düşmənlərimi kəsib, obamı qorusun! Tanrım, mənə bir bulaq ver, obamı doyurub, düşmənlərimi boğsun! Tanrım, mənə bir qalxan ver, yurdumun üzərinə yağan oxlara sipər olub, düşmənin günəşinin qarşısını kəssin! Tanrım, mənə bir qurd ver, səsi gələndə obamdakı balalar gülümsəsin, düşmənin isə məzardakı ölüləri də qorxu içində qıvransın! Tanrım, mənə bir yurd ver, millətim sonsuza qədər orada yaşasın, düşmənin isə ayağı heç vaxt ora dəyməsin!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.