Günel Gönderileri

Günel kitaplarını, Günel sözleri ve alıntılarını, Günel yazarlarını, Günel yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
En kicik sehvi bagislamazdi...
Sevgini nəyə bənzətmək olardı, görəsən. Bu suala min illərdir, yəni dünya var olduğundan, insan oğlunun ürəyinə sevgi atəşi düşdüyündən bəri demək olar ki, hər kəs cavab axtarır. Kimi gülə, kimi çiçəyə, başqa biri bülbülə bənzətdi. Hətta oda, pərvanəyə bənzədənlər də oldu. Hər kəs də özünə görə haqlı idi əslində. Şairlər üçün sevgi ən çox gülə, pərvanəyə, rəssamlar üçün rənglərə, memarlar üçün ehtişamlı binalara bənzəyirdi. Və döyüşçülər üçün isə sevgi ən çox döyüşməyə, savaşa bənzəyirdi. Əslində elə sevgi ən çox müharibəyə bənzəyir. İki insan arasında olan qansız bir savaş. Ancaq cəsurlar döyüşdən və sevgidən qorxmur. Qorxaqlar isə sevgisiz yaşamağa məhkumdur. Savaşaraq məğlub olanlar nə zamansa özlüyündə yenidən savaşmaq üçün güc tapır, lakin heç savaşmadan məğlubiyyəti qəbul edənlər bir daha heç vaxt savaşacaq gücü özündə tapmir.
Reklam
....Bir çoban qoyun otarmaqdan, əkinçi yer şumlamaqdan bezmədiyi, şikayətlənmədiyi kimi biz də döyüşməkdən bezmədik. Xaqanımız öndə, biz çeriləri ardınca Türk xaqanlığının istiqbalı üçün qan tökdük... Qanımızı tökdük. Tanrı bizə qutsal bir vəzifə vermişdi. Nə çoban, nə əkinçi olmamışdıq. Heç tacir də deyildik. Bizlər Tanrının qılıncı olan Türk savaşçıları idik. Tanrı bizi yer üzünə nizam intizamı qorumağa göndərmişdi. Biz yolunu azan millətlərin cəzası, köməksiz xalqların ümidi olmuşduq. Tarix hər şeyi yazdı, Türkün dövlətsiz olduğunu, əsir olduğunu heç vaxt yazmadı. Bəzən dövlətimiz dağıldı, millətimizi yox etmək istədilər. Bir üsyanla özümüzə qayıtdıq. Bizi elə bizim əlimizlə yox etmək istədilər. Döyüşdüyümüz, bir-birimizin qanını axıtdığımız zamanlar da oldu. Lakin qardaş qanı, qardaşımıza olan kinimiz əbədi olmadı.Biz dövlət qurduq, onlar yıxdı... Yaşayan əbədi olmadı.Ən gözləmədikləri zamanlarda bir olub imkansızı bacardıq. Yaşayan hər bir Türkün dövlət olduğunu, tək bir Türk obası var olacaqsa, Türkün dövlətsiz qalmayacağını bütün dünyaya göstərdik. Aradan on illər, yüz illər keçsə də qisasımızı qiyamətə qoymadıq.
Bəzən yanılırıq. Elə fikirləşirk ki, vətən dediyimiz daşdan-torpaqdan ibarətdir. Yox, vətən həm də onu üzərində yaşayan insanlardır. Torpaqlarını itirən xalqlar gec – tez onu azad edir, millət olaraq yox olanlar, tarix səhnəsindən bir dəfəlik silinir.
Ölümdən uzağa yol yoxdur. Uzağı öləcəkdim.
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.