Öne Çıkan Günel kitaplarını, öne çıkan Günel sözleri ve alıntılarını, öne çıkan Günel yazarlarını, öne çıkan Günel yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
....Bir çoban qoyun
otarmaqdan, əkinçi yer şumlamaqdan bezmədiyi, şikayətlənmədiyi kimi
biz də döyüşməkdən bezmədik. Xaqanımız öndə, biz çeriləri ardınca Türk
xaqanlığının istiqbalı üçün qan tökdük... Qanımızı tökdük. Tanrı bizə
qutsal bir vəzifə vermişdi. Nə çoban, nə əkinçi olmamışdıq. Heç tacir də
deyildik. Bizlər Tanrının qılıncı olan Türk savaşçıları idik. Tanrı bizi yer
üzünə nizam intizamı qorumağa göndərmişdi. Biz yolunu azan millətlərin
cəzası, köməksiz xalqların ümidi olmuşduq. Tarix hər şeyi yazdı, Türkün
dövlətsiz olduğunu, əsir olduğunu heç vaxt yazmadı. Bəzən dövlətimiz
dağıldı, millətimizi yox etmək istədilər. Bir üsyanla özümüzə qayıtdıq. Bizi
elə bizim əlimizlə yox etmək istədilər. Döyüşdüyümüz, bir-birimizin
qanını axıtdığımız zamanlar da oldu. Lakin qardaş qanı, qardaşımıza olan
kinimiz əbədi olmadı.Biz dövlət qurduq, onlar yıxdı... Yaşayan əbədi olmadı.Ən gözləmədikləri zamanlarda bir olub imkansızı
bacardıq. Yaşayan hər bir Türkün dövlət
olduğunu, tək bir Türk obası var olacaqsa, Türkün dövlətsiz qalmayacağını
bütün dünyaya göstərdik. Aradan on illər, yüz illər keçsə də qisasımızı
qiyamətə qoymadıq.
Sevgini nəyə bənzətmək olardı, görəsən. Bu suala min illərdir, yəni
dünya var olduğundan, insan oğlunun ürəyinə sevgi atəşi düşdüyündən
bəri demək olar ki, hər kəs cavab axtarır. Kimi gülə, kimi çiçəyə, başqa biri
bülbülə bənzətdi. Hətta oda, pərvanəyə bənzədənlər də oldu. Hər kəs də
özünə görə haqlı idi əslində. Şairlər üçün sevgi ən çox gülə, pərvanəyə,
rəssamlar üçün rənglərə, memarlar üçün ehtişamlı binalara bənzəyirdi. Və
döyüşçülər üçün isə sevgi ən çox döyüşməyə, savaşa bənzəyirdi. Əslində
elə sevgi ən çox müharibəyə bənzəyir. İki insan arasında olan qansız bir
savaş. Ancaq cəsurlar döyüşdən və sevgidən qorxmur. Qorxaqlar isə
sevgisiz yaşamağa məhkumdur. Savaşaraq məğlub olanlar nə zamansa
özlüyündə yenidən savaşmaq üçün güc tapır, lakin heç savaşmadan
məğlubiyyəti qəbul edənlər bir daha heç vaxt savaşacaq gücü özündə tapmir.
Tanrım, mənə bir qılınc ver, düşmənlərimi kəsib, obamı qorusun!
Tanrım, mənə bir bulaq ver, obamı doyurub, düşmənlərimi boğsun! Tanrım, mənə bir
qalxan ver, yurdumun üzərinə yağan oxlara sipər olub, düşmənin günəşinin qarşısını
kəssin!
Tanrım, mənə bir qurd ver, səsi gələndə obamdakı balalar gülümsəsin, düşmənin isə
məzardakı ölüləri də qorxu içində qıvransın!
Tanrım, mənə bir yurd ver, millətim sonsuza qədər orada yaşasın, düşmənin isə ayağı
heç vaxt ora dəyməsin!
Cəsarət gözəl şeydir, ağıl olmasa,
insan məhv olar. Cəsur insanlar güclü savaşçı ola bilər, lakin cəsur və ağıllı adamlar sadece savasci deyil,hem de boyuk komutan olub ordusuna ,esgerlerine yol gosterer.