Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hə ilə Yox Arasında

Albert Camus

Öne Çıkan Hə ilə Yox Arasında Gönderileri

Öne Çıkan Hə ilə Yox Arasında kitaplarını, öne çıkan Hə ilə Yox Arasında sözleri ve alıntılarını, öne çıkan Hə ilə Yox Arasında yazarlarını, öne çıkan Hə ilə Yox Arasında yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Çünki yalnız sevgi bizi özümüzə qaytarır.
192 syf.
9/10 puan verdi
Kamyu - Hə ilə yox arasında... Kamyu oxuyursansa, əlində mütləq textmarkerin və yanında mütləq qeyd dəftərçən olmalıdır... Kamyu yaradıcılığını hər zaman sevmişəm. Hətta xarici görünüşcə də jönüm olan nadir yazıçılardandır. Bu kitabı ilə isə Kamyunu sevmək üçün daha yeni bir səbəbim oldu. Şəxsiyyət, düşüncə, ideya olaraq da artıq hörmət elədiyim yazıçılar siyahısına daxildir Kamyu. Qeyd eləyim ki, bu siyahı o qədər də geniş deyil. Sənətini çox sevsəmsə də, şəxsiyyətini sənətindən ayırdığım və bir birinə qarşı qoyduğum bir çox sayda yazıçı var. Kamyu isə hər iki anlamda nəzərimdə özünü təsdiqləmiş və mənimçün xüsusi sayılan yazıçılar mövqeyindədir. Kitab Kamyunun esseləri və hekayələrindən ibarətdir. Mütləq oxunulması kitablardandır. İçində düşüncələrimin əminliklə öz təsdiqini tapdığı nadir kitablardandır. Kitabdaki hər bir hekayəni çox böyük maraqla oxudum, ancaq xüsusilə Kamyunun "İsveç nitqi" (Nobel mükafatının təqdimatından sonra təşkil olunmuş yığıncaqda söylədiyi nitqi), "Çörək və azadlıq" və "Alman dostuma məktublar" esseləri təsirli oldu. Əminliklə söyləyə bilərəm ki, təkrar - təkrar vərəqləyəcəyim və kitab rəfimin ön sıralarında, hər zaman gözümün qarşısında olmasını istəyəcəyim və dönə - dönə qayıdacağım kitablar sırasına əlavə olundu.
Hə ilə Yox Arasında
Hə ilə Yox ArasındaAlbert Camus · Qanun Nəşriyyatı · 20195,4bin okunma
Reklam
"Çörək və azadlıq"
...azadlıqla ədaləti ayırmaq, mədəniyyətlə əməyi bir-birindən ayrı salmaq qədər yanlışdı və bu əsl cinayətdi.
"Tipsaya qayıdış"
...zəmanəmiz ən pis və ən yaxşı vəziyyətdə insanın özünə sadiq qalmasını tələb edir, mən isə öz növbəmdə, heç nədən yan qaçmamağa və hər zaman gerçəyin iki tərəfinin olmasını unutmamağa çalışıram. Bəli gözəllik də, alçaldılmışlar da gerçəkdi. Və nə qədər çətin olsa belə, heç birinə xəyanət etməməyi istərdim.
"mənsiz" bir həyat düşünə bilmirəm ))
...ölüm qarşısında dəhşətimin kökündə həyata qısqanc sevgim durur. Mən, yoxluğumdan sonra yaşayanları və onların həyatında mövcud olan gülləri, qadınları qısqanıram. Mən paxılam çünki həyatı sevirəm, bədbinliyim də bundan irəli gəlir. Cəmiləyə Əsən Rüzigar
"Çörək və azadlıq"
İstənilən diktaturanın ilkin vəzifəsi bir həmlə ilə həm əməkçiləri, həm də ziyalıları əzməkdir.
Reklam
Bizim kimi qul cəmiyyətlərinə gerçəyi görmək üçün iztirab və köləlik lazımdır, - günahları da elə bundadır, - halbuki həqiqət həm də xoşbəxtlikdir, yetər ki, ürək ona layiq olsun.
Alman dostuma məktub
Əgər həyatın boyu döyüşə hazırlaşmısansa, onu başlamaq elə böyük igidlik sayılmır.
Sayfa 144Kitabı okudu
"Çörək və azadlıq"
...həqiqi azadlığın əsasında imtiyazlar deyil, hər şeydən öncə vəzifə durur.
"Alman dostuma məktub"
Və mən vətənimə olan sevginin ədalətə olan sevgiylə uzlaşmasını istərdim. Mən vətənimin sadəcə əzəmətli olmasını istəmirəm, qan və yalan üzərinə qurulmuş əzəmətdən imtina edirəm. Mən vətənimlə bərabər, ədalətə də xidmət etmək arzusundayam.
Sayfa 142Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.