Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Hekayələr

Cafer Cabbarlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
176 syf.
8/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Bu kitabla birlikdə dramaturgiyanın nə demək olduğunu tam mənası ilə anladım. Cəfər Cabbarlı hekayələrində əsasən ictimai-siyasi məsələlərə toxunur, dövrünün acı həqiqətlərini, köhnəfikirliliyi işıqlandırır. Qadınlara verilən azadlığın nə qədər ibtidai, nə qədər məhdud olduğunu əks etdirir hekayələrində. "Aslan və Fərhad", "Mənsur və Sitarə", "Gülzar", "Dilbər" və "Gülər" hekayələrini çox sevdim və tam olaraq drama keçirdim oxuyanda. Sevdiklərim arasında "Müfəttiş" hekayəsi də var idi amma təəssüf ki, tamamlanmayıb, yarımçıq qalıb hekayə. P.s hekayələrin bir çoxunda personajların adı Aslan olurdu. Çox diqqətimi çəkdi amma bu haqda bir məlumat tapmadım. Bəlkə də təsadüf nəticəsində elə olub. Kitabdakı hekayələr: • Aslan və Fərhad • Mənsur və Sitarə • Əhməd və Qumru • Parapetdən Şamaxı yoluna qədər • Müfəttiş • "Çocuq" • Altun heykəl • Qara Qənbər • Gülzar • Dilara • Dilbər • Papaq • Gülər • Firuzə
Hekayələr
HekayələrCafer Cabbarlı · Altun Kitab · 201718 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.