Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hikmətlər və Nəsihətlər

Murtaza Mutahhari

Hikmətlər və Nəsihətlər Sözleri ve Alıntıları

Hikmətlər və Nəsihətlər sözleri ve alıntılarını, Hikmətlər və Nəsihətlər kitap alıntılarını, Hikmətlər və Nəsihətlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İctimai ruhiyyə
Səhər yatağından qalxanda niyyəti müsəlmanların işlərini düzəltmək olmayan şəxs müsəlman deyil. Müsəlman o şəxsdir ki, müsəlmanlar onun əlindən və dilindən amanda olsunlar. ~Allah Rəsulu (s)~
Sayfa 146Kitabı okudu
"Hər biriniz digərinə qarşı məsuliyyət və cavabdehlik daşıyır".
Reklam
Tövbə bəndənin həqiqi şəkildə Allaha tərəf qayıtmasıdır.
İnsan ölən kimi, onun əməl dəftəri bağlanır, onun yaxşılıq və pislik sütunları tamamilə qapanır, üç istisna ilə : 1) İnsan özündən sonra bir xeyriyyə müəssisəsi qoyub getsin Allahın bəndələri həmin müəssisədən bəhrələnsinlər (Xəstəxana, məktəb, və ya məscid). 2) Elmi əsər qoyub getsin və sonralar elm və bilik axtarışında olanlar həmin elmi əsərdən faydalansınlar. 3) Özündən sonra saleh, düz və mömin övlad qoyub getsin və onun ölümündən sonra həmin övlad onun bağışlanması üçün dua etsin.
uzun-uzadı arzular, hələ gec deyil, hələ vaxt var . . .
Həzrət Peyğəmbər (s) buyurur ki, ömür və vaxtın hörməti malın hörmətindən artıqdır. Əgər birinin malını zay etsək, onun əvəzini öz malımızdan ödəyə bilərik. Amma məgər başqalarının vaxtını zay edəndə ömrümüzün bir hissəsini ona verə bilərikmi?!
Peyğəmbər (s) buyurdu: Ey Əli Şəhidlik sənin sorağına gələcək ...
Mən sizin qonşunuz idim, bədənim də bir müddət sizə yoldaşlıq edib. Tezliklə hərəkətdən sonra dayanmış, danışıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən ibrətamizdir... Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız, mənim fikirlərim sizə çatacaq və mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra tanıyacaqsınız. Bu cümlələr Əmirəl-mömininin - Allahın salavatı və salamı olsun ona - zərbətləndikdən sonra yatağa düşəndə buyurduğu kəlamlardandır.
Əməlsiz xoşbəxtlik əldə edilmir
Bir nəfər həzrət Əlidən (ə) ona öyüd-nəsihət verməsini, moizə etməsini xahiş edir. O həzrətin (ə) həmin şəxsə buyurduğu ilk cümlə bu olur ki: <<Axirət və mənəvi məqamlara çatmağı arzulayan, amma ona bir iş görmədən çatmaq istəyən insanlardan olma. Əməlsiz xoşbəxtlik əldə edilmir>>.
Reklam
Allah Rəsulu (s) buyurub: <<Ey Əbuzər! Xəyal və arzuların bu günün işini sabaha saxlamağına səbəb olmasından çəkin. Çünki sən gəlib çatmamış günlərə deyil, bu günə aidsən və bugününsən. Faydalı, lazımlı, Allahın bəyəndiyi bir iş görmək istəyəndə, onu gecikdirmə. Ey Əbuzər! Malından çox ömrünə xəsis ol>>.
Ağılın düşmənlərindən biri eqoistlikdir...
Ağılın ən çox büdrədiyi yer, tamahların hakim olduğu yerlərdir. Ağıl və zəkanın paxıllarından biri xudbinlik və insanın özünü böyük sanmasıdır. Hz Əli (ə)
Sayfa 131Kitabı okudu
İnsanın ən böyük imtiyazı - ixtiyar
İnsanın heyvandan böyük fərqlərindən biri də budur ki, insan həmişə öz qarşısında iki yol görür, özünü həmişə iki yol ayrıcında müşahidə edir və onlardan birini seçməlidir.
Sayfa 163Kitabı okudu
Baba Tahir deyir :
Ey ürək, sənin yolun tikan-qanqalla dolu olacaq; sənin yolun uca göylərdən keçəcək ; əgər bacarırsansa, bədənindən dərini də çıxar ki, yükün daha yüngül olsun.
Reklam
İlahi hədd və çərçivələrə ehtiramla yanaşın və onları aşmayın
Ən pis dost o kəsdir ki, insan onunla ünsiyyətdə olanda özünü çətinliyə salmaq məcburiyyətində qalır.
Özünə zülm
Ağılsızın öz nəfsi istəkləri ilə özünə qarşı etdiklərini heç düşmən düşmənə etməz.
Pisliklərə əmr edən nəfsi yalnız din ram edir
Özü ilə həmişə müharibə edən şəxs başqaları ilə necə sülh və səmimiyyətdə ola bilər?
Dinin əvvəli Allahı tanımaqdır
<<Camaat! Nicat tapmaq üçün <<La İlahə illəllah (Allahdan başqa bir tanrı yoxdur)>> deyin>>. Həzrət Peyğəmbər (s) -dinə bu kəlimədən başladı-
Heç vaxt başqalarının qulu olma. Allah səni azad yaratmışdır.
... Bir həyat var, bir ölüm. Ölüm odur ki, diri qalırsınız, amma məğlub, məhkum və möhtac! Həyat isə fəth, zəfər və qələbə ilə ölməkdədir. Həzrət Əli (ə)
63 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.