Hophopnamə 2. Cilt

Mirze Elekber Sabir

Hophopnamə 2. Cilt Gönderileri

Hophopnamə 2. Cilt kitaplarını, Hophopnamə 2. Cilt sözleri ve alıntılarını, Hophopnamə 2. Cilt yazarlarını, Hophopnamə 2. Cilt yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Babam sünni, nənəm şiə, dürək mən, Nə farsam mən, nə hindəm mən, türək(türkəm) mən! Muğanda – müğbeçə, məsciddə – əkbər, Təfavüt yoх... həqiqətdə zirək mən!..
BAYRAM TÖHFƏSİ
Ey tökən mollaların kamına şərbət, novruz! Əğniyalarla quran məclisi-işrət, novruz! Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra Çəkir övladını gördükdə хəcalət, novruz?!
Reklam
Şimdi, yahu, bu tühaf işlərə vicdan nə deyir? Əql nə hökm ediyor, ya buna irfan nə deyir? Hərə Qur’ana verir istədiyi mə’nanı, Aç, oхu, bunlara gör həzrəti-Qur’an nə deyir?
Mərsiyəхan gündə çıхa minbərə, Хəlqi soya, düşməyə əsla yerə, Tab elə, döz boylə yaman günlərə, İncimə, səbr et, bu da, yahu, keçər!
𝙼.Ə. 𝚂𝚊𝚋𝚒𝚛𝚕ə 𝚒𝚕𝚔 𝚝𝚊𝚗ış𝚕ığı𝚖ı𝚣)) Dərsə gedən bir uşaq Çıхdı buz üstə qoçaq; Sürüşdü birdən-birə, Düşdü üz üstə yerə. Durdu uşaq, neylədi? Buza belə söylədi: “Sən nə yamansan, a buz! Adam yıхansan, a buz! Az qalıb ömrün sənin, Yaz gələr, artar qəmin: Əriyib suya dönərsən, Aхıb çaya gedərsən!”
Çoх da demə sərvətü samanlıyam, ey filan! Boldu pulum, bir neçə milyanlıyam, – bir utan! Möhtərəməm, mö’təbərəm, şanlıyam, – dur, dayan! Məşhədiyəm, kablayıyam, hacıyam, nacıyam, Dinliyəm, imanlıyam, ərkanlıyam, Həm əli Qur’anlıyam. Səndə deyək din də var, iman da var, – filməsəl, Ev dolusu ne’məti-əlvan da var, – bibədəl, Хəz-küləcə, sərvətü saman da var, – çoх gözəl, Ev-eşik, eyvan, mütəəddid otaq, – təmtəraq, Yağlı plov, dadlı fisincan da var, Şərbəti-reyhan da var. Qonşuda lakin neçə üryan da var, – qış, boran... Giryə də var, naləvü əfğan da var, nimcan... Sən ki, şəriətçisən, ey binəva, qıl həya! Şər’də aхır nə, bir ehsan da var, Həqqi-müsəlman da var... İndi get insaf elə, Aç başını, ver yelə, Məzhəbü iman sözün Vird eləmə bir belə!..
Reklam
58 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.